Epidemiologiya
kafedrasının kollektivi
Svetlana Xanbutayeva-70
Müvəffəqiyyətlər arzulayırıq
S
entyabrın 14-də Azərbay-
can Tibb Universiteti-
nin (ATU) tibbi profilakti-
ka fakültəsinin dekanı Aydın
Məmmədovun fakültəyə bu il da-
xil olan I kurs tələbələri və onla-
rın valideynləri ilə görüşü olub.
Görüş zamanı dekan vali-
deynləri övladlarının bu il uni-
versitetə qəbul olması münasibəti
ilə təbrik edərək tələbələrə uğur-
lar arzulayıb. Qeydiyyatdan 77
tələbənin keçdiyini və onlardan
35-nin 600 baldan çox topladığı-
nı bildirən Aydın müəllim, uni-
versitet və fakültə barədə görüş
iştirakçılarına ətraflı məlumat
verərək, təhsil sistemində apa-
rılan islahatlara da toxunub.
Bildirib ki, 1999-cu ildə 29
ölkənin təhsil nazirlərinin iş-
tirakı ilə imzalanan Boloniya
Bəyannaməsinə 2005-ci ildə
ölkəmiz də qoşulub: “Hazırda
49-dan çox ölkə və beynəlxalq
təşkilat təhsil sistemini bu
bəyannamənin tələblərinə uyğun
olaraq qurub. Dünyanın 180-dən
çox universitetində bu sistem
uğurla həyata keçirilir. Respub-
likamız «Boloniya» prosesinə
qoşulandan sonra ilk dəfə bu sis-
tem 2006-cı ildə mənim dekan
olduğum fakültədə tibbi-biologi-
ya ixtisası üzrə, 2008-ci ildə isə
tibbi-profilaktika ixtisası üzrə
tətbiq edildi. Bu sistem üzrə
aparılan tədris prosesi zamanı
dərsə davamiyyət, mənimsəmə
göstəricilərində xeyli irəliləyişin
olduğu müşahidə olundu və ne-
qativ hallar aradan qaldırıldı.”-
deyən Aydın müəllim yeni
qəbul olmuş tələbələrin tələbə
biletlərinin, imtahan kitabçala-
rının və dərs cədvəlinin hazır
olduğunu da diqqətə çatdırdı.
Fakültədə tibbi-profilaktika ixti-
sası üzrə mikrobiologiya, epide-
miologiya, parazitologiya, infek-
tologiya, gigiyenanın müxtəlif
sahələri və səhiyyənin təşkili
üzrə; tibbi-biologiya ixtisası üzrə
isə bioloji kimya, bioloji fizika,
tibbi genetika, mikrobiologiya,
virusologiya və laborator xidmət
üzrə həkim kadrların hazırlandı-
ğını bildirdi.
Çıxışının sonunda A.Məm-
mədov tələbələrə tədris olu-
nan dərsləri və vərdişləri yaxşı
mənimsəmələrini tövsiyə edərək,
bir daha uğurlar arzuladı.
Biz də “Təbib” qəzeti ola-
raq valideynlərin və tələbələrin
təəssüratlarını öyrənməyə çalış-
dıq.
Dostları ilə paylaş: |