16 sentyabr 2016-cı il
http://www.amu.edu.az
7
Əntiqə xanın 1952-ci il fevralın 3-də
qədim Gəncədə ziyalı ailəsində anadan
olmuşdur. Orta məktəbi Gəncədə bitirən
gənc Əntiqə Bakıya gəlib, sənədlərini o
zamankı S.M.Kirov adına ADU-nun (indi-
ki BDU) rus dili və ədəbiyyatı fakültəsinə
verib və yüksək balla ali məktəbə qəbul
olunub. Dərslərə ciddi hazırlaşması,
özünə qarşı tələbkarlığı, imtahan sessi-
yasındakı uğurları tələbə qıza təkcə öz
qrupunda deyil, bütün fakültədə hörmət
qazandırmışdır. Elə bunun nəticəsi idi ki,
Əntiqə Əlizadə hələ tələbə ikən - IV kurs-
da oxuyarkən I Ümumittifaq tələbə elmi
konfransında Respublikamızı təmsil etmiş
və “Rus dili və ədəbiyyatını mükəmməl
bildiyinə görə” adlı xüsusi prizə layiq görül-
müşdü. Ali məktəbi bitirdikdən sonra Kənd
Təsərrüfatı Akademiyasında rus dilini tədris
edən (1975-1977) gənc müəllimin Elmi
tədqiqata olan sonsuz marağı onu Rus dili
və ədəbiyyatı İnstitutunun (indiki Slavyan
Universiteti) aspiranturasına aparmışdır
(1978-1982). O, 1990-cı ildə Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adı-
na Ədəbiyyat İnstitutunda “C.N.Tolstoy
Azərbaycan
ədəbiyyatşünaslığında”
mövzusunda namizədlik dissertasiyası-
nı uğurla müdafiə etmişdir. Əntiqə xanı-
mın ədəbiyyatşünaslığa aid tədqiqatları
rus-Azərbaycan ədəbi əlaqələri mövzu-
suna xeyli yeniliklər gətirmişdir. 40-dan
çox məqalə, monoqrafiya, dərs vəsaitinin
müəllifi olan Əntiqə xanım 1997-ci ildən
Universitetimizdə (Rus dili kafedrasında)
dosent kimi çalışmışdır. Universitetdə və
işlədiyi kollektivdə dərin nüfuz sahibi olan
Əntiqə xanımı tələbələri çox sevirdi. O,
2014-cü ildən Azərbaycan dili kafedrasın-
da dosent kimi fəaliyyətini davam etdirirdi.
Öz işgüzarlığı, müəllimlik peşəsinə olan
sevgisi burada da onu hamının əzizinə
çevirmişdi. Ana dilimizi yüksək səviyyədə
bilən (onun tədqiqatları, əsasən, rus-
Azərbaycan dillərinin müqayisəsinə aid idi)
Əntiqə xanım necə həvəs və məhəbbətlə
“Azərbaycan dili və nitq mədəniyyəti”nin
sirlərini tələbələrinə öyrədir, ana dilimizi
sevdirmək üçün yeni metodlardan faydala-
nırdı. Az müddətdə bir neçə dəfə onun açıq
dərsində iştirak etmişdik və bu dərslər öz
elmi və metodiki səviyyəsinə görə bizi tam
təmin etmişdi.
Əntiqə xanım bəstəkarlıq fəaliyyəti ilə
də məşğul idi. O, Azərbaycan şairlərinin
sözlərinə yazılmış 50-dən artıq gözəl mah-
nı müəllifidir. Onun ürəyə xoş duyğular
gətirən “Gəncənin qızları” , “Doğma Azr-
baycanım”, “Gəncəm”, “Adın yaraşır”, “Ba-
yatılar”, “Mənim Nigar balam” kimi mahnıla-
rı dinləyicilərdə zərif hisslər doğurur, insanı
sevməyə, vətənin gözəlliklərindən zövq al-
mağa çağırır. Həm də maraqlıdır ki bu mah-
nıları Respublikanın görkəmli müğənniləri,
xalq artistləri ifa etmişlər: Brilyant Dadaşo-
va, Gülyaz Məmmədova, əməkdar artistlər
Cavan Zeynallı, Lalə Məmmədova, Abbas
Bağırov və başqaları.
Əntiqə xanım bir insan kimi o qədər
həssas, o qədər səmimi idi ki, onu bir
dəfə görmək kifayət idi ki, bu gözəl xanı-
mı xoş duyğularla xatırlayasan. Ömrünün
çox məhsuldar və müdrik çağını yaşayan
Əntiqə xanım qəfil bu dünyaya göz yumdu.
Fədakar ana, sevimli nənə, qayğıkeş və
həssas müəllim ömrü yaşamış Əntiqə xa-
nım əzizlərinin və onu tanıyanların, xüsusilə
tələbələrinin qəlbində əbədi yaşayacaqdır.
Dostları ilə paylaş: