Rəşid Məmmədov (vali deyn):
- Bakıda fəaliyyət göstərən
249 saylı orta məktəbi bitirən
qızım Nəzrin Məmmədova
ATU-ya 615 balla qəbul olub.
Sevincimin həddi-hüdudu yox-
dur. Nəzrinin hazırlanmasında
müəllimləri ilə yanaşı, mənim
də əməyim az olmayıb. Bu uğu-
ra görə müəllimlərinə və qızıma
təşəkkür edirəm.
Təhminə Vahabova (valideyn):
- Mən 580 balla universitetə
qəbul olan Səbinə Vahabova-
nın ana sıyam. Bakıda 180 saylı
tam orta məktəbi bitirən Səbinə
müəllimlərinin və bir ana kimi
mənim etimadımı doğruldub.
Qızımın qəbul xəbərini eşidəndə
çox sevindim, ona söz verdi-
yim hədiyyələri aldım. Özümü
hazırda xoşbəxt hiss edirəm.
Ümidvaram ki, universitetdə də
nümunəvi tələbələrdən olacaq.
Bərdə
rayonunun
Mirzə
Cəfərli kəndində anadan olan
Cabir Pənahlı 615 balla, Bakı-
da 288 saylı orta məktəbi bitirən
Nicat Səlimzadə isə 597 balla
universitetə qəbul olanlardır. Hər
ikisi həkim peşəsini öz istəkləri
əsasında seçdiklərini və peşənin
incəliklərini öyrənmək üçün
müm kün olan bütün vasitələrdən
istifadə edəcəklərini və gələcəkdə
insanların sağlamlığı keşiyində
duracaqlarını bildirdilər.
Təki siz deyən olsun.
Biz də öz növbəmizdə sizlərə
nailiyyətlər arzulayırıq.
Dostları ilə paylaş: |