http://www.amu.edu.az
16 sentyabr 2016-cı il
2
u
15 sentyabr
Azərbaycanın çox-
milyonlu təhsil
ictimaiyyətinin
bayramı - “Bi-
lik Günü”dür.
Təhsilin, elmin,
biliyin tərəqqi
üçün açar, inkişa-
fın hərəkətverici
qüvvəsi he-
sab olunduğu
ölkəmizdə yeni
dərs ilinin ilk
günü - «Bilik
günü» həmişə
ümumxalq bayra-
mı kimi qeyd olu-
nur.
Son illər Azərbaycan təhsil
sisteminin normativ-hüqu-
qi bazasının yaradılması,
təh silin məzmununun yeni-
ləşdirilməsi və tək mil ləş di-
rilməsi, idarə olun masının
demok ratik ləş diril məsində
uğurlu nəticələr əldə edilib.
Respublikamızın
bütün
ümum təhsil, orta ixtisas və
ali məktəblərində yüksək
səviyyədə qeyd edildiyi kimi,
ölkəmizdə ən nüfuzlu ali
təhsil müəssisələrindən biri
sayılan Azərbaycan Tibb Uni-
versitetində də «Bilik günü»nə
xüsusi önəm verilir.
Elə bu münasibətlə univer-
site timizdə geniş toplantı ke-
çirildi.
Tədbiri giriş sözü ilə açan
Azərbaycan Tibb Universite-
tin rektoru, professor Gəray
Gəraybəyli doğma kollek-
tivi və bu il tələbə adını qa-
zananları, həmçinin onların
valideynlərini yeni tədris ili-
nin başlanması münasibətilə
təbrik edərək bu əlamətdar
günün yaranma tarixindən
söhbət açdı.
Universitet rəhbəri çıxı-
şında Azərbaycanın dövlət
müstəqilliyini qazanmasın-
dan keçən illər ərzində res-
publikamızın həyatının bü-
tün sahələrində, xüsusən
də təhsil sahəsində böyük
uğurların əldə edildiyini
önə çəkildi. Sözünə davam
edən rektor elmə və təhsilə
göstərilən dövlət qayğısından
bəhs etdi, universitetin 86 il
ərzində keçdiyi şərəfli inkişaf
yoluna da nəzər saldı. Bildir-
di ki, bu elm müəssisəsinin
maddi-texniki
bazasının
möhkəmləndirilməsi, yüksək
ixtisaslı tibb kadrlarının ha-
zırlanması ümummilli lider,
müstəqil dövlətimizin memarı
və qurucusu Heydər Əliyevin
adı ilə bağlıdır. O, ümummilli
lider Heydər Əliyevin təhsilə
daim böyük önəm verdiyi-
ni, ulu öndərin ideyalarının
Azər baycan Prezidenti İlham
Əliyev tərəfindən uğurla hə-
yata keçirildiyini vurğuladı.
Xalqımızın cənab İlham
Əliyevin daxili və xarici siya-
sətini bəyəndiyini və mü da-
fiə etdiyini söyləyən rektor
bildirdi ki, elmin, təhsilin in-
kişafı, dövlətimizin demok-
ratik dəyərlərə arxalanması,
beynəlxalq nüfuzunun art-
ması məhz möhtərəm Prezi-
dentimiz cənab İlham Əliyevin
apar dığı uğurlu siyasətin
nəticəsidir.
Universitetin nəzdində on-
k oloji, stomatoloji, təd-
ris-terapevtik və tədris-
cər rahiy yə
klinikalarının
fə aliy yət göstərdiyini və bu
klinikaların hər birinin müasir
avadanlıqlarla təchiz edildi-
yini diqqətə çatdıran rektor
bütün bunları Azərbaycan
dövlətinin səhiyyə sahəsinə
yüksək diqqəti kimi qiy-
mətləndirdi. 2016/2017-cı
tədris ilində ATU-ya 1002
nəfərin qəbul olunduğunu
deyən G.Gəraybəyli qeyd etdi
ki, 416 abituriyent qəbul im-
tahanlarında 600-dən, 444
nəfər 500-dən, 78 nəfər
400-dən, 13 nəfər isə 300-
dən yuxarı bal toplayıb. Bun-
dan başqa 700 bal toplayan
3 nəfər bizim universitetdə
təhsil
alacaqdır.
Rektor
tələbələrə bu uğurlarının da-
vamlı olmasını dilədi: “Sizin
üçün bu gündən həyatınızın
tam yeni mərhələsi, tələbəlik
illə ri başlayır. Hər bir insa-
nın həyatında tələbəlik illəri
xüsusi əhəmiyyətə malik-
dir. Yaddaşda dərin iz qoyan
illərdir. Sizin növbəti 6 iliniz
Azərbaycan Tibb Univer-
siteti ilə bağlı olacaq. Sizin
hər birinizin üzərinə böyük
məsuliyyət düşür. Tələbəlik
illəri nə dərəcədə maraqlı,
sevilən, emosional olsa da,
bir o qədər məsuliyyətli, va-
cib illərdir”.
İnsan anatomiyası kafed-
rasının müdiri, ə.e.x., pro-
fessor Vaqif Şadlinski “Bilik
günü” münasibəti ilə müəllim
və tələbələri təbrik etdi.
Azərbaycan səhiyyəsinin öl-
kə nin inkişaf tempinə uy-
ğun olaraq inkişaf etdiyi-
ni bildirdi. Ölkənin müxtəlif
bölgələrində müasir tipli tibb
müəssisələrinin inşa edilərək
xalqın istifadəsinə verildiyini
və həmin müəssisələrin müa-
sir avadanlıqlarla təchiz olun-
duğunu qeyd etdi. Profes-
sor V.Şadlinski Azərbaycan
Tibb
Universitetinin
ölkəmizdə və xaricdə bö-
yük nüfuza malik olduğu-
nu, bu təhsil müəssisəsinin
xalqımıza yalnız bacaraqlı
tibbi kadrlar deyil, həm də
görkəmli şəxsiyyətlər bəxş
etdiyini dilə gətirdi. O, qeyd
etdi ki, indi universitetimi-
zin məzunlarının sorağı
dünyanın inkişaf etmiş bir
çox ölkələrindən gəlir. Və
bu da şübhəsiz ki, bizim
hamımızın məzunu olduğu-
muz doğma universitetimizə
həmişə başucalığı gətirib.
II uşaq xəstəlikləri kafedra-
sının müdiri, ə.e.x., professor
Amaliya Əyyubova isə çıxı-
şında dövlətimizin iqtisadi
inkişafından, tibb sahəsində
kadr potensialının hazırlan-
ması istiqamətində qazanılan
nailiyyətlərdən söhbət açdı.
Tibb sahəsinin, səhiyyə siste-
minin ölkədə irəlidə gedən bir
sahəyə çevrildiyini vurğuladı.
O, diqqətə çatdırdı ki, Azər-
baycan hökumətinin qarşı-
sında duran başlıca məqsəd
təhsil və səhiyyə sahələrində
yüksək keyfiyyətə nail olmaq-
dır. Belə ki, ölkəmizdə ildən-
ilə müəllimlərin və həkimlərin
maddi rifah halının yaxşılaş-
dırılması istiqamətində mü-
hüm işlər görülür.
Çıxışlarında
tələbələrin
yüksək təhsil almaları üçün
Azər baycan Tibb Univer-
site tində hər cür şəra itin ya-
radıldığını bildirən natiqlər
tələbə sıralarına yenicə qə-
bul olunanlara bu peşənin
məsuliyyətini dərk edərək
əzmlə çalışmağı tövsiyə
etdilər. Bu gün ATU-nun bö-
yük maddi-texniki bazaya
malik olduğunu vurğula-
yan natiqlər gənclərə tövsiyə
etdilər ki, əsil vətəndaş olmaq
üçün təkcə savad azdır, həm
də milli-mədəni sərvətlərimizi
qoruyub saxlamalı və gələcək
nəsillərə öturməliyik.
Tədbirdə 700 balla ATU-
nun tələbəsi adını qazanan
Prezident təqaüdçüsü Orxan
Zülfüqarov çıxışında təhsil
aldığı Şəmkir rayonunun Çi-
narlı qəsəbəsinin 2 saylı orta
məktəbinin
müəllimlərinə
təşəkkürünü çatdırdı, I kurs
tələbələri adından gələcək
müəllimlərinə daim bu ali
təhsil ocağının adını ucalda-
cağına və müəllimlərinin eti-
madını doğruldacağına söz
verdi.
Tədbiri yekunlaşdıran pro-
fessor Gəray Gəraybəyli
yeni dərs ilinin başlama-
sı münasibətilə universitet
əməkdaşlarını və tələbləri bir
daha təbrik edərək söylədi ki,
bu il həm də bizim üçün ona
görə əlamətdardır ki, Prezi-
dent təqaüdçüləri arasında
reytinq cədvəli üzrə həmişə
olduğu kimi yenə də birin-
ciyik. Bununla da Prezident
təqaüdçülərinin 1/4-i bizim
universitetin payına düşür.
ATU-nun yeni inkişaf yoluna
qədəm qoyduğunu vurğula-
yan rektor kollektivin bun-
dan sonra da yeni uğurlara
imza atacağını və yüksək ix-
tisaslı peşəkar mütəxəssislər
hazırlığına diqqəti artıracağı-
nı bir daha ifadə etdi.
Sonda universitetin rəhbəri
G.Gəraybəyli bu il 700 balla
ATU-ya qəbul olunan Səbinə
İsmayılova, Ağalətif Lətifov
və Orxan Zülfüqarova qiymət
kitabçası və tələbə biletini
təqdim etdi.
Toplantıdan sonra professor
Gəray Gəraybəyli böyük akt
zalının 3-cü mərtəbəsində
yeni təmirdən çıxmış pato-
loji anatomiya kafedrasının
və həmin ərazidə yerləşən
patoloji laboratoriyanın açılı-
şını etdi. Burada görülən işlər
haqqında rektora məlumat
verən kafedranın müdi-
ri, professor Ədalət Həsənov
bildirdi ki, kafedra yarandığı
gündən indiyədək belə müa-
sir, əlverişli bir şəraitə malik
olmayıb. Kafedranın auditori-
yalarına baxış keçirən rektor
əməkdaşlarla görüşərək yeni
tədris ilində və yeni ünvanda
onlara uğurlar arzuladı.
Dostları ilə paylaş: