Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə13/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   9   10   11   12   13   14   15   16   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Yolun əsaslı təmiri

Yolun əsaslı təmirində əsasən aşağıdakı işlər aparılır: relslərin bütövlükdə yenisi və daha möhkəmi ilə əvəz olunması, şpalların yeni dəmir-beton və ya ağac şpallarla əvəz olunması, R=1200 m-dən az olan əyri xətli və hərəkət sürəti v>120 km/saat, radiusu R<2000m olan sahələrdə yolun gücləndirilməsi, yolun 20-25 sm dərinlikdə çınqıl qatının və dərinliyi 15 sm-dən az olan qumlu çınqıllı ballastın təmizlənməsi, yol dəyişənlərin yenisi ilə əvəz olunması, ötürücü tirlərin bütövlükdə yenisi ilə əvəz olunması.

Yolun əsaslı təmirində bütün keçidləri təmizlik və abadlıq işləri aparılır. Yolun alt quruluşunda olan suaxıdıcı və drenaj qurğuları, nizamlayıcı və mühafizəedici qurğu və tikililər bərpa olunurlar. Yolun əsaslı təmiri üst quruluş materiallarının kompleks şəkildə dəyişdirilməsi tələb olunduğu zaman təyin edilir. Əsaslı təmir zamanı yol dəyişənin dəyişdirilməsi, su axıdıcılarının təmiri, torpaq yatağının deformasiyaya məruz qalmış hissəsinin gücləndirilməsi, torpaq yatağının yamacının kəsilməsi və s. işləri yerinə yetirilir.

Əsaslı təmirdə süni tikililərdə aşağıdakı işlər yerinə yetirirlir: körpülərdə relslərin və bərabərləşdirici cihazların dəyişdirilməsi, körpü tirlərinin bütövlükdə dəyişdirilməsi, kiçik aşırımlı körpülərin qaldırılması, böyük aşırımlı körpülərdə yol ötürücü qurğularının qaldırılması və s. Əsaslı təmirdə 1 km yola yola təqribən 600 m3 qırmadaş tələb olunur.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin