Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Yol təsərrüfatının vəzifələri



Yüklə 80,73 Kb.
səhifə10/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   6   7   8   9   10   11   12   13   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Yol təsərrüfatının vəzifələri

Yol təsərrüfatının əsas vəzifəsi yolun və yol qurğularını daima saz halda saxlamaqdan, qatraların yüksək sürətlə səlis hərəkətini təmin etməkdən ibarətdir. Yol təsərrüfatına Azərbaycan Dövlət Dəmiryol İdarəsində “Yol” istehsalat birliyi rəhbərlik edir. Onun tərkibinə aşağıdakılar daxildir:



  • yol distansiyaları (YD), yol maşın stansiyaları (YMS);

  • meşəqoruyucu zolağı distansiyaları (MZD);

  • köhnə və yeni relsləri bir-birinə qaynaq edən rels qaynaqetmə zavodu (RQZ);

  • yol emalatxanaları (YE);

  • səviyyə və şablon üzrə yolun vəziyyətini yoxlayan V=70 km/saat sürətlə hərəkət edən yolölçən vaqon (YV);

  • relslərin zədələnmə və çatlarını ayırd edən xüsusi “defektoskop” vaqonu (DV).

Yol təsərrüfatının xətti müəssisələrinə yol distansiyaları, meşəqoruyucu zolağı və yol maşın stansiyaları aiddir.

Dəmir yolunun yol təsərrüfatı yol distansiyalarına bölünür, yol distansiyasına distansiya rəisi rəhbərlik edir. Müəyyən olunmuş qrafik üzrə qatarların hərəkət təhlükəsizliyini və fasiləsizliyinin təmini, texniki şərt və normalara əməl etməklə yol və tikililərdə təsdiq olunmuş plana uyğun yol işlərinin yerinə yetirilməsi, TİQ (Texniki İstismar qaydaraı) uyğun olaraq bütün yol təsərrüfatı qurğularının və yolun cari saxlanması, yol maşın və mexanizmlərinin təmiri və saxlanması və s. yol distansiyasının əsas vəzifələrinə daxildir. Yol distansiyaları məntəqələrə, onlar isə öz növbəsində işçi bölmələrə (briqadalara) bölünürlər. Məntəqələrə yol ustası (YU), briqadalara yol briqadirləri (YB) rəhbərlik edir.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin