Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Lokomotiv təsərrüfatının əsas vəzifələri



Yüklə 80,73 Kb.
səhifə41/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   37   38   39   40   41   42   43   44   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Lokomotiv təsərrüfatının əsas vəzifələri.

Dəmir yolunda yük və sərnişin daşımalarına çəkilən istismar xərclərinin təqribən 36 %-i lokomotiv təsərrüfatının payına düşür. Lokomotiv təsərrüfatı yanacaq və elektrik enerjisi tələb edən iri istehsalat obyektidir. Lokomotiv təsərrüfatının əsas funksiyası daşıma prosesini fasiləsiz olaraq saz və işəyararlı dartı hərəkət vasitələri ilə təmin edərək, bu vasitələri texniki tələbatlara (Texniki İstismar qaydalarına) uyğun saxlamaq və təmin etməkdir. Bu məqsədlə onun əsas vəzifəsinə aşağıdakı məsələlər daxildir:



  • yeni lokomotivlərin, motorvaqonlu hərəkət vasitələrinin, dəmiryolu gedişli kranların tikilməsi üçün texniki tələbatların və əsas parametrlərin işlənib hazırlanması;

  • depoların yenidən tikilməsi, lokomotiv təsərrüfatı tikililərinin tikintisində smeta və texniki layihənin təsdiq olunması, lokomotiv təsərrüfatı obyektlərinin lazımi texnoloji avadanlıqlarla təchiz olunması;

  • yanacaq – enerji ehtiyatlarının magistral dəmir yolu və sənaye dəmir nəqliyyatı müəssisələrində səmərəli paylanmasına nəzart;

  • lokomotivlərin və motorlu hərəkət tərkiblərinin planlı təmir sistemi və texnologiyasınınişlənib hazırlanması;

  • lokomotiv təsərrüfatı işçilərinin ixtisasının artırılmasının təşkili, qabaqcıl əmək üsullarının öyrənilməsi və istehsalatda tətbiqi;

  • lokomotiv təsərrüfatında əmək mühafizəsi, texniki təhlükəsizlik və qatarların hərəkət təhlükəsizliyinin təmini üzrə tədbirlər planının işlənməsi və müəssisələr arasında yayılması.



Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin