Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Vaqon təsərrüfatının əsas vəzifəsi



Yüklə 80,73 Kb.
səhifə44/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   40   41   42   43   44   45   46   47   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Vaqon təsərrüfatının əsas vəzifəsi

Vaqon təsərrüfatı dəmiryol nəqliyyatının əsas aparıcı sahələrindən biri hesab olunur. Vaqon təsərrüfatının əsas fondları (vaqonlar, tikili və qurğular, texnoloji avadanlıqlar, yük qaldırıcı nəqliyyat vasitələri və s.) dəmir yolunun bütün əsas fondlarının təqribən 15%-ni və işçi kontingentinin 12-16%-ni təşkil edir.vaqon təsərrüfatının əsas funksiyası daşıma prosesini fasiləsiz olaraq saz və işəyararlı vaqonlarla təmin etməkdir. Bu məqsədlə onun əsas vəzifəsinə aşağıdakı məsələlər daxildir:



  • vaqon konstruksiyalarında baş verən dağılma və imtinaları vaxtlı-vaxtında müəyyən edərək aradan qaldırmaq;

  • reysdə olan vaqonların texniki xidmət və cari təmir işlərini yerinə yetirmək;

  • vaqonların iri həcmli əsaslı və depo təmiri əməliyyatlarını yerinə yetirmək və vaqonların təftişi;

  • vaqonların yük və sərnişin daşımalarına hazırlanması;

  • yeni vaqon konstruksiyalarının və onlara olan sifarişlərin texniki tapşırıqlarının hazırlanmasını təşkil etmək;

  • köhnə vaqon konstruksiyalarının modernizasiyası və xidmət müddəti başa çatmış vaqonların inventar parkdan silinməsi;

  • yeni vaqonların alınması, texniki istismarı və onlardan istifadə etmənin səmərəliliyinin artırılması.

Azərbaycan dəmir yolu şəbəkəsində vaqon təsərrüfatına Yük Daşımaları Departamenti rəhbərlik edir.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin