Vaqonların təmiri
Vaqon təsərrüfatında təmirin texnoloji prosesinə vaqonların yuyulması, detalların təmiri və bərpası, rənglənməsi və s. daxildir. Təmir prosesi standarta uyğun bir çox göstəricilərə görə təsnif olunur:
Təmir olunan hissələrin istifadəetmə sahəsinə görə ( təmir olunan hissə öz yerinə qoyulur və ya eyni tipli istənilən vaqona qoyulur);
Yerinə yetirilən işin xarakterinə və təyinatına görə (əsaslı, depo və cari təmirlər);
Planlaşdırma göstəricisinə görə (planlı və qeyri-planlı);
Təmirin təşkilinə görə (axınlı və aqreqat üsullu).
Depo şəraitində təmir – vaqonların ayrı-ayrı hissələrinin təmiri və dəyişdirilməsi yolu ilə bərpa edilməsi.
CT-1 cari təmirdə – boş vaqonlar tərkibdən ayrılaraq ixtisaslaşdırılmış təmir yoluna verilir və təmir olunur.
CT-2 cari təmirdə – qatarlardan nasaz vaqonlar ayrılaraq təmir olunurlar.
Sərnişin vaqonlarının əsaslı təmiri iki qrupa bölünürlər:
I əsaslı təmirdə - vaqonların ayrı-ayrı hissələrini moderniləşdirmək, dağılmış və yeyilmiş hissələri təmir etmək üçün istifadə olunan planlı təmir;
II əsaslı təmirdə - vaqonların daxili və xarici örtük səthlərini hissə-hissə yenidən quraşdırmaq, elektrik naqillərini və lazım gəldikdə digər baza hissələrini dəyişmək.
Vaqonların təmirinin dövrülüyü Nəqliyyat Nazirliyinin normativləri əsasında qəbul olunur.
Dostları ilə paylaş: |