Tiopental 2,5 % lik məhlulda 4-7 mg/kg şək-lində hesablanaraq verilir.
Propofol induksiyada – 2-2,5 mg/kg 3-10 dəqiqəlik təsir edir.
Fəsadlar
Tiopental- 2,5% dən qüvvətli məhlulun damar xaricinə yeridilməsi güclü ağrə və toxumaların nekrozuna səbəb ola bilər.Dərmanın arteriyaya yeridilməsi arterial spazm, qolun rəngində solğunluq, radial nəbzin alınmaması, huşun itirilməsi kimi hallar müşahidə olunur.Larinqo-spazm, bronxospazm, arterial təzyiqin aşağı düşməsi, taxikardiya.
Propofol-bradikardiya, hipotenziya, inyeksiya yerində ağrı,qeyri-iradi hərəkətlər
İnhalyasiya induksiyası
Tənəffüs yolu ilə alınan qaz və buxar anestetiklərdir, alveollara və ordan da qana diffuziya olunurlar.Qan ilə neyinə çatan anestetik maddə müəyyən bir miqdara çatdıqda ümumi narkoz halı meydana gəlir.
Ən çox işlədilən agent Sevoflurandır.İnduksiya-nı təmin etmək üçün 35% oksigen, 65% azo-protoksit qarışəğının içərisinı Halotan 1-5%, Enfluran 1-2%, İzofluran 1-2%, Sevofluran 4-8% işlədilir
İstifadəsi – kiçik yaşlı uşaqlarda, çox yaşlı və damar tapmanın çətin olduğu xəstələrdə, şokda