GiRİŞ Qrammatik kateqoriya haqqında ümumi məlumat


Hallanan və hallanmayan isimlər (Murab və məbni)



Yüklə 42,92 Kb.
səhifə2/7
tarix02.01.2022
ölçüsü42,92 Kb.
#36377
1   2   3   4   5   6   7
hal-kateqoriyasi

Hallanan və hallanmayan isimlər (Murab və məbni)

Ərəb dilində sözlər hallanma baximindan iki murab və məbni olaraq iki yerə ayrılır.

1.Murab. Cümlədəki yerinə görə sonluq səkilcisi dəyisən sözdür. Məsələn,

Allah öz bəndələrinə mərhəmət edər.

.....يرحم الله عباده

Yuxarıdakı cümlədə Allah (c.c) innənin ismi olaraq mənsub hallandıgı sözün son şəkilçisi fəthədir.

2. Hal əlaməti olmayan isimlər (Məbni)

Cümlədəki yerinə görə hallanmayan isimlərdir1.

Mənə elm öyrədəni sevərəm

احب من يعلمني العلم

Bu cümlədə من sözü məbni oldugundan cümlədəki işləndiyi hal şəkilçisi təsirlik hal şəkilçisidir və cümlənin vasitəsiz tamamlığıdır (məfulun bih olaraq nisbət olunandır).

Məbnilər iki yerə ayrılır

I Lazım məbni

II. Ariz məbni

II.Lazım məbni: Hec bir vəziyyətdə sonu dəyişməyən sözlərdir. Lazim məbnilər üçə ayrılır.

1).Lazım Məbni İsimlər:

2)Əvəzliklər

3)İşarə əvəzlikləri

4)Şərt ədatları

5)Sual ədatları

6)Bəzi kinayələr

7)Bəzi zərflər

8)Savtlar yəni təqlid edilən səslər.

b).Lazım məbni fellər: felin keçmiş zamanı və əmr forması və bütün köməkçi nitq hissələri.

c).Lazım məbni :bütün ədatlar.

Ariz məbnilər-hal əlaməti bir şəkildə olub ayrılıqda üçhallı və ikihallı olan (yəni munsarif və geyri munsarif) bəzi şərtlərlə hallanmayan sözlərdir2.

Ariz məbnilər də öz özlüyündə iki yerə ayrılır.

a).Ariz məbni isimlər:

1.Bəzi nidalar xitab ədatları ilə işlədilənlər

2. Ümumi inkar bildirən (لا) ədatı

3.On birdən on doqquza qədər saylar

4.Bitişən əvəzliklər və zərflər.

5.Cümləyə əlavə olan zərflər




Yüklə 42,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin