G İ Z L İ E L M L Ə R
83
KİMYANIN
SİRLƏRİ
Elmi-lədun işığında
Paşa Yaqub
84
ELEMENTLƏRİN DÖVRÜ SİSTEMDƏKİ
DÜZÜLÜŞÜ İLƏ SURƏLƏRİN DÜZÜLÜŞÜ
EYNİ PRİNSİPƏ MALİKDİR
İndiyədək ateistlər Allahın varlığını inkar etmək
üçün darvinizm və dialektikanın qanunlarından istifadə
ediblər.
Bu qanunun mahiyyətinə vardıqda isə, görürük ki,
darvinizm nəinki “Quran”ı və Allahı inkar etmir, əksi-
nə, onları təsdiq edir.
elə ki, “Quran” bütün kainatı özündə əks etdirən
səmavi kitabdır. Kainat isə kimyəvi elementlə-
rin birləşməsindən yarandığından, bu müqəddəs kitabda
surələrin düzülüşü ilə, elementlərin dövri sistemdəki
düzülüşü arasında məntiqi bir uyğunluq vardır. Elmi-la-
dun araşdırmalarımız göstərir ki, həm “Quran”ın, həm də
dövri cədvəlin düzülüşü böyük fəlsəfi əhəmiyyətə malik-
dir. Onların hər ikisi dialektik materializmin qanunlarını–
sadədən mürəkkəbə, kəmiyyət dəyişikliyinin keyfiyyət
dəyişikliyinə keçməsi, əksliklərin vəhdəti və mübarizəsi,
inkarı inkar qanunlarını əks etdirir.
Belə ki, “Quran”ın əvvəlki surələri nə qədər müla-
yimdirsə, sıra nömrələri artdıqca surələr sərtləşməyə
dogru gedir. Bu da sadədən mürəkkəbə və kəmiyyət
dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi qanunla-
rına uyğundur.
B
G İ Z L İ E L M L Ə R
85
Dövri sistemdə bu hal dövrlərdə nömrələr artdıqca,
metallıq xassəsinin azalıb, qeyri-metallıq xassəsinin
artması ilə özünü göstərir.
Bundan başqa, surələr ikili xassə göstərir. Yəni on-
lar həm müsbət, həm də mənfi yüklə (vəhylə) yüklən-
mişdir ki, bu da dialektikanın əksliklərin vəhdəti və
mübarizəsi qanununa uyğundur.
endeleyev cədvəlində bu hal eyni elementin
ikili (həm müsbət, həm də mənfi) xassəyə
malik olması ilə özünü göstərir.
(Yeri gəlmişkən, ikili xassəyə malik olma Allahın
yaratdığı digər bioloji varlıqlar kimi, insanda da özünü
aydın göstərir. Yəni, qarşılaşdığı adamdan asılı olaraq,
hər bir insan, kimyəvi elementlər kimi, gah mənfi, gah
da müsbət xassə nümayiş etdirir).
Buradan açıq-aşkar görünür ki, indiyədək Allahı
inkar etmək üçün istifadə edilən dialektikanın qanunla-
rı, əslində Allahı və “Quran”ı təsdiq edir.
13 ədədi bütün elmlərdə həyəcan rəmzi sayılır
“Quran”ın 13-cü surəsi "Göy Gurultusu" adlanır.
Göy gurultusunun enerji prosesi olduğu və həyəcan ya-
ratdığı hamıya məlumdur. Surədə deyilir:
"Göy gurultusu Onun şəninə təriflər deyir. O, il-
dırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə
edərkən, onlara istədiyini vurar. Allahın cəzası şid-
dətlidir!" (13:13).
M
Paşa Yaqub
86
Maraqlıdır ki, 13 ədədindəki hikmət kimya elmin-
də də özünü büruzə verir. Belə ki, Mendeleyev cədvə-
lindəki 13-cü (!) element Alüminiumdur. Elektrik
ötürmə qabiliyyəti yüksək olduğundan, alüminium
energetika (!) sənayesinin özəyini təşkil edir.
13 rəqəmi həm “Quran”da, həm də fizikada həyə-
can rəmzi sayılır (göy gurultusu insanda da həyəcan
yaradır). Təsadüfi deyildir ki, hidrogen atomunun
enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-
dur. Hidrogen atomu enerji qəbul etdikdə həyəcanlanır
və yükünü ötürməklə boşalır.
İnsanlar arasında bəd xəbərin tez yayılması da hə-
yəcanlanma ilə bağlıdır. Belə ki, bəd xəbərin enerji yü-
kü mənfi olduğundan, onu qəbul edən insan həyəcanla-
nır və yükünü ötürməyə çalışır. Bu halı atomun və tə-
biətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə
etdikdə, çox böyük oxşarlıq görünür. Həmçinin təbiət
öz həyəcanını (yükünü) yağışla boşaltdığı kimi, insan
da göz yaşı ilə boşaldır.
əyəcanlanma ilə bağlı diqqətinizi başqa bir
maraqlı məqama da cəlb etmək istəyirəm. Yə-
qin çoxlarınız fikir vermiş olar: insanda həyəcan yara-
nanda bu həyəcana ilk reaksiyanı bağırsaq verir. Yəni,
bağırsaqda kəskin sancı yaranır. Biologiya elmi təsdiq
etmişdir ki, hər bir insanda bağırsağın uzunluğu 13 (!)
metrdir.
Yeri gəlmişkən qeyd edim ki, Mendeleyevdən qa-
baq yaşamış bir çox kimya alimləri elementlərin dövri
H
G İ Z L İ E L M L Ə R
87
cədvəlini yaratmağa çalışsalar da, ömürlərinin sonuna
qədər buna nail ola bilməmişlər. Bu cədvəli necə kəşf
etməsi barədə suala cavab verərkən, Mendeleyev bil-
dirmişdir ki, cədvəl ona Bakıda olarkən, yuxuda vəhy
yolu ilə göstərilmişdir. Səhər tezdən oyanan alim, ona
yuxuda vəhy olunan cədvəli kağıza köçürmüşdür. La-
kin cədvəldəki bəzi suallara nə özü, nə də ondan sonra
gələn alimlər cavab tapa bilməmişlər. Nəzərinizə çatdı-
rım ki, bu və digər kitablarımda oxuduğunuz kimyəvi
hesablamalar da bu sətirlərin müəllifinə həmin yolla
(Mendeleyevə öyrədilən kimi) öyrədildi və kimyaçılar
indiyədək cədvəldə axtardıqları sualların cavabını
məhz bu hesablamalarda tapa bilərlər...
16-cı element və 16-cı surə məhəbbət rəmzidir
"Quran”ın 16-cı surəsi "Bal arısı" adlanır. Qeyd
edim ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən,
onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib.
Sözügedən surədə arının misalında insanlara məhəbbət
aşılanır: Bal–arının gülə olan məhəbbətinin nəticəsində
yarandığı üçün həm Qərbdə, həm də Şərqdə məhəbbət
rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu
söz "yanmaq", "alovlanmaq" sözü ilə yanaşı işlədi-
lir. Bu hikmət kimya elmində də özünü eyni rəqəmlər
altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin
16-cı elementi olan kükürd məişətimizə yandırıcı bir
vasitə kimi daxil olub. Həmçinin məhəbbət insana ya-
Paşa Yaqub
88
şamaq həvəsi, enerji (ruh) verdiyi kimi, kükürdün oks-
idləşməsindən yaranan sulfat turşusu da (H
2
SO
4
) akku-
mulyator istehsalında istifadə edilməklə, məişətimizə
enerji mənbəyi kimi daxil olub.
əhəbbətdə iki tərəf iştirak edir və biri olma-
dan o biri “yanmaz”. Bu hal kimya elmində
də özünü eynilə büruzə verir. Belə ki, 16-cı element
olan Kükürd atom kütləsi 16 (!) olan Oksigensiz yan-
mır. Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin bir-
ləşməsində Kükürdün energetik səviyyələr üzrə elekt-
ronları 2 – 8 – 6 formasında yerləşir. Bunu da bütöv
oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına
işarədir (“Quran” nazil olandan ta XVIII əsrə qədər ha-
rada və nə vaxt çap olunmasından asılı olmayaraq 286
səhifədə yerləşdirilib; bu barədə növbəti fəsillərdə da-
nışacağıq). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı
ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Qu-
ran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut
edir:
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz
cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq,
sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamət-
lərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) dü-
şünən bir qövm üçün ibrətlər vardır!” Quran, 30:21.
Atom kütləsi 16 olan və yanmanı təmin edən Oksi-
genin sıra nömrəsini (8) Kükürdün məhəbbət rəmzi
olan sıra nömrəsinə - 16-ya vurduqda (8 x 16) alınan
128 ədədi «Bal arısı» surəsinin ayələrinin cəmini
M
G İ Z L İ E L M L Ə R
89
göstərir və elementlərlə surələr arasında olan əlaqəni
bir daha təsdiq edir.
Diqqətinizi bal arısında olan digər xüsusiyyətin in-
sanlarda özünü göstərməsinə cəlb etmək istəyirəm. Yu-
xarıda qeyd etdim ki, bal arısı gözəllik rəmzi olan gülə
məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatır-
ladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiy-
yətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbə-
tinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin)
qadına olan məhəbbətinin nəticəsində bal(a) yaranır və
hər ikisi şirindir. Çünki ikisi də məhəbbətdən yaranır.
"Bala baldan şirindir" məsəli də məhz bu hikmətdən
doğur. Allah bal arısını həm də ailə, dövlət və ordu qur-
maq üçün insanlara nümunə yaradıb. Çünki bal arısı ailə-
si öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, tə-
mizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür.
Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına
surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin key-
fiyyətləri özündə cəmləşdirən istənilən insan həm cəmiy-
yətin, həm də Allahın məhəbbətini qazana bilər.
Bal arısı haqda əlavə olaraq, bir maraqlı məqamı
da qeyd edim ki, erkək arı 16 tək xromosoma, dişi arı
isə, 16 cüt xromosoma malikdirlər.
“Siz bir-birinizi sevin ki, Mən də sizi sevim”
Allah-taala.
Yeri gəlmişkən, qeyd edim ki, Allahın məhəbbətini
qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan
Paşa Yaqub
90
insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və
nəticədə onun da əməyi "bal"la qiymətləndirilir.
Qeyd edim ki, Rəbbim elmi və imanı çox olan bən-
dəsini digərlərindən daha çox sevir. Bunu Loğman
Peyğəmbərin simasında aydın görmək olur. Belə ki,
Allah-taala Kitab verdiyi bir çox peyğəmbərlərin adına
“Quran”da surə göndərməsə də, ancaq təbabət elmi
bəxş etdiyi bəndəsi Loğmanın (Salam olsun!) adına 31-
ci surəni göndərdi.
Bu fakt Rəbbimin elm adamlarına olan məhəbbəti-
nin təzahürüdür.
24-cü element nur rəmzidir
“... Onların (möminlərin) nuru önlərindən və sağ
tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcək-
lər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal
elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”
“Quran”, 66:8.
Allah-taala dünyaya gələn hər bir insana öz enerji-
sindən (nurundan) bir zərrə bəxş edir. İnsan həyatda
gözəl işlər, gözəl əməllərlə məşğul olduqda, onun mə-
nəviyyatı tədricən cilalanır və nurun parlaqlığı artma-
ğa – böyüməyə və ətrafa işıq saçmağa başlayır. Onun
üçün də belə şəxslər Ali Enerji Mənbəyi olan Allaha
daha yaxın olurlar. Həmçinin belə insanlar böyük ide-
G İ Z L İ E L M L Ə R
91
yalar, amallar, bəşəri dəyərlər uğrunda mübarizəyə me-
yilli olur və kamil sayılırlar. “Quran”ın nurdan bəhs
edən "Nur" surəsi 24 rəqəmi ilə nömrələnib. Mendele-
yev cədvəlində isə 24-cü element Xromdur. Bu ele-
ment oksidləşdikdə (Xrom 3 oksid) cilalayıcı (!) qrupa
aid edilir və İslamın rəmzi olan yaşıl rəngə çalır. Dövri
cədvəldə 24 rəqəmi ilə bağlı olan elementlərdən biri də
Maqneziumdur. Atom kütləsi 24 olan bu element
gözqamaşdırıcı alovla yandığından, ondan işıqlandırıcı
və yandırıcı raketlərin hazırlanmasında, eləcə də fotoq-
rafiya işində işıq mənbəyi (!) kimi istifadə edilir. Qeyd
edim ki, haqqında söhbət açdığım "Nur" surəsi, Xrom
və Maqnezium hər üçü işıqlanmaya (nurlanmaya) xid-
mət etdikləri kimi, riyazi yolla da biri-biri ilə bağlıdır.
Belə ki, "Nur" surəsinin ayələrinin cəmindən (64)
Xromun atom kütləsini (52) çıxdıqda, alınan 12 rəqə-
mi, Maqneziumun sıra nömrəsini göstərir:
64 – 52 = 12
Yeri gəlmişkən, insanda iki cür ruh vardır. Bədən
sahədir, birinci ruh o bədənin sahəsi, ikinci ruh isə, bə-
dənin suyu, günəşi və havasıdır. Günəş təkbaşına yer
səthini işıqlandırdığı kimi, ikinci ruhumuz da inkişaf
etdikcə bizi elə işıqlandıracaq və nura qərq edəcəkdir.
İnsanın ən zəif yeri göbək və başıdır. Hər iki ruhumuz
da burada (göbəkdə və başda) yerləşir. Amma, insanla-
rın çoxu bundan xəbərdar deyildir.
Paşa Yaqub
92
Mendeleyevin ölümündən sonra Dövri Sistem ni-
yə saxtalaşdırıldı?
Mendeleyev sağ olarkən, onun tərtib etdiyi Ele-
mentlərin Dövri Sistemi Cədvəlinin orijinalında “Efir”
adlı element mövcud idi. 1906- cı ildə nəşr olunan
G İ Z L İ E L M L Ə R
93
“Kimyanın əsasları” kitabında (8-ci nəşr) Mendeleye-
vin əsl cədvəli salınmışdır (bax: aşağıdakı cədvələ).
Kimyəvi işarəsi “X” olan bu elementi Mendeleyev öz
cəvəlində “Nyutoniy” adlandırmışdı. Cədvəlin yuxarı
sol küncündə yerləşən bu maddə "Dünya efiri" idi.
Cədvəldə “Efir”, “Hidrogen”dən əvvəl yazılmışdı, sıfır
qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi.
Atom çəkisi 0,4 olan bu element yer üzərində hər yerdə
mövcuddur. Bu maddə əsl enerji daşıyıcısıdır.
“Efir”in hissələri atomları, molekulları formalaşdı-
rır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir -
maddənin bir hissəsidir (belə deyək ki, ruhudur, enerji-
sidir).
Mendeleyevin vəfatından (1907) sonra, bəşəriyyə-
tin tərəqqisini istəməyən qüvvələr cədvəl üzərində də-
yişiklik edib, “Efir” elementini oradan xaric etdilər və
sıfır qrupunu ləgv etdilər. Beləliklə də, bir çox sirləri
qizlətmiş oldular. Ona görə də müasir cədvəldə “Efir”
görsənmir. Çünki sıfır qrupu mövcud deyil. Bu cür sax-
talaşdırma kimya, fizika, biologiya elmlərinin gələcək
inkişafına zərbə vurmaqla, sivilizasiyanın tərəqqisini
dayandırdı. Hazırda məktəblərdə və Ali təhsil müəssi-
sələrində Mendeleyev cədvəli tamamlanmamış, yarım-
çıq tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir
şey deyildir.
Paşa Yaqub
94
“Efir” elementinin sirlərini bilən alimlər müəm-
malı şəkildə öldürülürlər
Tarixə nəzər yetirsək, görərik ki, “Efir” elementi-
nin sirlərindən bəşəriyyətin xeyrinə istifadə edən alim-
lər müəmmalı şəkildə öldürülüblər. Belə ki, bir çox
alimlər bu sonsuz enerji maddəsinin cəmiyyətin xeyri-
nə tətbiq olunma variantlarını işləyiblər. Amma hamı-
sının sonu faciə ilə bitib. Bəşəriyyətin tərəqqisini istə-
məyən qüvvələr buna imkan verməyiblər. Məsələn,
böyük alim Nikola Tesla (1856 – 1943) “Efir”dən ener-
gi alınmasının mümkünlüyünü sübut etdi. Alim bu ele-
mentin sirrini bilməklə, daimi işləyən mühərrik yaratdı.
Daha sonra, enerjinin naqilsiz paylanmasını kəşf etdi.
Bu da onun karyerasının sonunu gətirdi: qoca vaxtı ho-
teldə qaldığı otaqda müəmmalı şəraitdə ölü tapıldı.
Dərhal onun otağından bütün əlyazmalarını, elmi işləri-
ni kəşfiyyat xidməti (FBR) yoxa çıxardı.
Eynşteyn “Ümumi nisbilik nəzəriyyəsi”ni açıqla-
maq üçün fiziki məkanı "Efir" adlandırmağı təklif etsə
də, böyük güclərin (mafiyaların) nəzarətində olan və
“elmlər akademiyası” adlanan qurum buna imkan ver-
mədi. Ümumi nisbilik nəzəriyyəsinə əsasən, deyə bilə-
rik ki, məkan - "Efir" olmadan ağlasığmazdır.
Elmlər Akademiyası hələ də öz mövqeyində
möhkəm dayanmaqda davam edir. “Efir” elementi ilə
bağlı heç bir tədqiqat işi, elmlər akademiyaları tərəfin-
G İ Z L İ E L M L Ə R
95
dən qəbul edilmir. Çünki bu mövzuya hansısa qüvvələr
tərəfindən qadağa qoyulub. Misal üçün “daimi mühər-
riklərin” ixtirası baxılmır.
Amma, hal - hazırda bu istiqamətdə aktiv müzaki-
rələr gedir. Bu mühərrik alimlər tərəfindən bir cox
ölkələrdə yenidən işlənib. Hətta, Rusiyada İAE baza-
sında və digər bazalarda keçirilən ekspermentlərdə
“Efir” elementindən istifadə olunub.
Yaponiyada yanacaqsız işləyən avtomobillərin is-
tehsalına başlanacağı haqqında məlumat verilib. 2008-
ci ildə yanacaqsız çalışan və enerjisini “Efir”dən alan
motosikl nümayiş etdirilib. Maraqlıdır ki, yenə də han-
sısa qüvvələr bu texnologiyaların həyata keçməsinə im-
kan vermədilər.
Müasir təsəvvürdə “Efir” yuksək sıxlığa malik olan
qaza bənzəyir. Elementin araşdırmasına Rusiya alimi
Vladimir Ocukovskiy də xeyli əmək sərf edib. O, tex-
nika elmləri doktoru, Siyalkovski adana kosmik akade-
miyasinin üzvü, Rusiya akademiyasının fəxri üzvüdir.
Sual yaranır: bəs “Efir” elementi və onun faydaları
niyə belə ciddi-cəhdlə bəşəriyyətdən gizlədilir?
Məncə səbəb odur ki, bu element Kainatın enerjisi-
ni, ruhunu təşkil edir. “Efir”in varlığını, onun sirrini
bilmədən, Kaninatın, yaradılışın dərki mümkünsüzdür.
Bu gün bəşəriyyəti istismar edən böyük güclərə insan-
ların dərrakəli olması maraqlı deyil (ağıllı, dərrakəli in-
sanı istismar etmək çətindir). Həmçinin, daimi işləyən
mühərriklərin həyata tətbiq edilməsi enerji resurslarına
Paşa Yaqub
96
nəzarət edən mafiyaların marağına uyğun deyildir. Bu
səbəbdən də elmin inkişafına mane olmaqla, bu gün
dünyada yarımçıq – inamsız, imansız, dərrakəsiz bir
kütlə formalaşdırıblar (bu səbəbdən hələ də insanın
meymundan yarandığına inanan düşüklər var).
“Efir” enerjisi bütün xəstəliklərin dərmanıdır
Vacib bir məqamı da qeyd edək ki, Elementlərin
Dövri Sistemindən “Efir”in çıxarılması kimya, fizika
və biologiya elmlərinin inkişafının qarşısını aldığı ki-
mi, eləcə də tibb elminə zərbə vurdu. Tibb elmi, adını
çəkdiyim elmlərə bağlı olduğundan, onlar kimi, yarım-
çıq qaldı.
Təcrübəmiz göstərir ki, “Efir” elementinin sirlərini
dərindən bilməklə, bundan bir çox sağalmaz xəstəliklə-
rin müalicəsində istifadə etmək mümkündür. Necə ki,
Nikola Tesla bu sirləri kəşf etməklə, daimi işləyən
mühərriki, enerjinin naqilsiz ötürülməsini ixtira etmişdi
(təəssüf ki, bütün bunlar bəşəriyyətdən gizlədildi). Qeyd
edək ki, bizim tətbiq etdiyimiz müalicə metodu da məhz
bu sirlərə əsaslanır. İnsan bədənində toplanan və orqan-
ların funksiyasını pozan, ağrılara, xəstəliklərə səbəb
olan neqativ enerjini bədəndən məhz “Efir”in enerjisi ilə
xaric etmək mümkündür. Bu sirlər tibb elminə məlum
olmadığından, bir çox xəstəliklər müalicəsiz hesab edi-
lir. Hansı ki, belə “müalicəsiz” xəstəliklərin çoxunu
“Efir”lə müalicə edib, sağaltmaq mümkündür. Zaman
G İ Z L İ E L M L Ə R
97
keçdikcə insan oğlu dərk edəcək ki, “Efir”dən alınan
enerji bütün xəstəliklərin dərmanıdır...
Nəzərinizə çatdırım ki, bu element istənilən adam-
da vardır. Sadəcə, bunu müalicəyə tətbiq etmək üçün
sirləri bilmək lazımdır. Biz bu sirlərə uzun araşdırma-
lardan, tədqiqatlardan sonra vaqif olduq. Elə bu səbəb-
dəndir ki, tibb elminin müalicəsiz hesab etdiyi bir çox
xəstəlikləri heç bir dərman tətbiq etmədən, “Efir” ener-
jisi ilə müalicə edirik.
Məsələn, xərçəng, bütün növ qorxular, fobiyalar,
depressiyalar, həzm sistemi xəstəlikləri, zərərli vərdiş-
lərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq,
uroloji xəstəliklər, autizm, onurğa xəstəlikləri, cinsi
disfunksiyalar, hormon pozğunluqları, nevrozlar, sinir
sistemi xəstəlikləri, yuxusuzluq, parkinson, şizofreniya,
miqren, zob, mielit, miasteniya, dağınıq skleroz, dəmi-
rov və s. dəri zöhrəvi xəstəlikləri, sonsuzluq, kista,
mioma, fibroma, xərçəng və s. (bu mövzunu “Təbabə-
tin sirləri” bölümündə davam etdirəcəyik).
Paşa Yaqub
98
BİOLOGİYA
ELMİNİN
SİRLƏRİ
Elmi-lədun işığında
G İ Z L İ E L M L Ə R
99
İÇKİNİ NİYƏ TƏRGİTDİM?
şaqlığım və gəncliyim sovet dövrünə təsadüf
etdiyindən, etiraf edim ki, həmin zamanlarda
mən də hamı kimi cahillik dövrümü yaşamışam.
Belə ki, hələ 5 yaşımda atamı itirdiyimdən və baş-
qa qardaşım olmadığından, faktiki olaraq evin kişisi sa-
yılırdım. Bu, mənə bəzi mənəvi sıxıntılar yaşatsa da,
azadlıq və müstəqillik baxımından tam sərbəstlik verir-
di. Ona görə də orta məktəb və sonrakı dövrlərdə dost-
larla keçirdiyimiz bütün gecələr, bayram tədbirləri və s.
bir qayda olaraq bizim evdə keçirilərdi (bacılarım ər
evinə köçdüyündən və anam da (Allah ona rəhmət elə-
sin!) qoca olduğundan bizim evimiz sinif yoldaşlarım
və dostlarım üçün ən əlverişli məkan idi.
Evimiz kəndin qırağındakı boyük gölün kənarında
yerləşdiyindən, buradakı gözəl təbiət mənzərəsi dostla-
rımın daim diqqət və marağını çəkmiş, onlar üçün se-
vimli istirahət məkanı olmuşdur. Həyətimizdə hər cür
meyvə ağacları vardı. Bir spirt çəkən aparat da düzəlt-
dirmişdim, yay-payız aylarında altı daim yanardı…
Odur ki, həyətimizdəki həm gözəl təbiət mənzərə-
si, həm də gözəl “təbiət neməti” qonaq-qaranın bollu-
ğuna səbəb olardı…
Onu da deyim ki, həmin dövrdə (elə indi də) kitab
həvəskarı idim. Həmin vaxtlar dilimizə tərcümə olunan,
U
Paşa Yaqub
100
yenicə çapdan çıxan “Quran” kitabını da çətinliklə əldə
etdim və çox böyük həvəslə mütaliə etməyə başladım.
“Quran”da diqqətimi çəkən məqamlardan biri də
şeytanın yaranması haqqında ayələr oldu:
“BİZ ŞEYTANI TÜSTÜSÜZ ODDAN YARAT-
DIQ”.
Maraqlıdır ki, spirt çəkdiyim məqamlarda həmin
ayələr gözlərimin qarşısına gəlir və mən həm ŞEYTA-
NIN, həm də SPİRTİN yaranma prosesləri arasında
çox böyük oxşarlıq görürdüm. Bu yazımda diqqətinizi
həmin o x ş a r l ı q l a r a cəlb etmək istəyirəm.
Öncə onu qeyd edim ki, bunların hər ikisi TÜS
TÜSÜZ ODDAN (oxu: buxardan) yaranır.
atırladım ki, Həzrət Peyğəmbərimiz: “Dır-
naqlarınızı kəsin ki, onun altında şeytan gizlə-
nir” – deyirdi. İndi də həkimlər: “Dırnaqlarınızı kəsin
ki, onun altında mikroblar (bakteriyalar) gizlənirlər” –
deyirlər. Maraqlıdır ki, həm şeytanın, həm də mikrobun
(bakteriyanın) fəaliyyəti düşdüyü yeri çürüdüb orada
fəsad törətməkdən ibarətdir.
Mən spirt çəkmək üçün meyvələri böyük qaba yı-
ğıb, ağzını kip bağlayırdım. Oradakı bakteriyalar mey-
vələri çürüdürdü. Həmin qabın altını yandırdıqca, çü-
rüntü TÜSTÜSÜZ ODA (buxara) çevrilir, daha sonra
buxar soyuq suyun içərisindəki turbadan keçdikcə, su-
ya çevrilərək şüşə qaba yığılırdı…
Maraqlıdır ki, həmin bu çürümüş meyvənin suyunu
(spirti) içdikdən sonra insanın abır-həyası azalır və o,
X
G İ Z L İ E L M L Ə R
101
günaha (zinaya, davakarlığa, adam öldürməyə və digər
şeytani işlərə) daha çox meyilli olur.
Bütün bu prosesləri gözlərim önündə müşahidə et-
dikcə və həyatımda bunların fəsadlarını yaşadıqca
(içəndən sonra həmişə başıma pis işlər gəlirdi), dərk et-
dim ki, mən əslində şeytanı yaradıram və onu qəbul et-
dikcə də bu varlığın təsiri altına düşürəm…
Odur ki, 24 yaşımdan sonra bu kimi işlərə TÖVBƏ
dedim və ondan sonra heç vaxt spirtli içki qəbul etmə-
dim…
“Səndən içki və qumar haqqında sual edənlərə
söylə: “Onlarda həm böyük günah, həm də mənfəət
vardır. Lakin günahları mənfəətlərindən daha bö-
yükdür!” Quran, 2:219.
Bu barədə düşünməyə dəyər…
Paşa Yaqub
102
Dostları ilə paylaş: |