737-ci günü isə, “Boeing-737” təyyarəsi qəzaya uğradı
(03.01.2004).
2) 8 sentyabr 2006-cı il tarixli Ay tutulmasının
737-ci günü Moskva - Perm marşrutu ilə uçan "Boeing
737-500" markalı təyyarə qəzaya uğradı (14.09.2008).
Bu qəzadakı sirri açmaq üçün markadakı ədədləri top-
layaq: 737 + 500 = 1237. Maraqlıdır ki, bu təyyarə qə-
zası 24 aprel 2005-ci il tarixdə baş verən Ay tutulması-
nın 1237-ci günü baş verib.
3) 17 avqust 2008-ci il tarixli Ay tutulmasının 747-
ci günü Səudiyyə Ərəbistanında "Boeng-747" təyyarəsi
qəzaya uğradı (04.09.2010).
S
G İ Z L İ E L M L Ə R
67
4) 2005-ci ilin dekabrın 23-də Bakıda "AN 140-
100" markalı təyyarə qəzaya uğradı. Maraqlıdır ki,
2002-cü ilin də eyni tarixində (23 dekabrında), eyni
saatında və hətta eyni dəqiqəsində eyni markalı ("AN
140-100") təyyarə İran ərazisində qəzaya uğramışdı.
İranda və Azərbaycanda eyni oxşarlıqlarla baş verən
qəzalar arasında 1098 gün fərq vardır ki, bundan da
təyyarənin üzərindəki markanı çıxsaq “Quran”ın səhi-
fələrinin üç misli olan 858 ədədi alınır:
1098- 140 – 100 = 858
5) 2004-cü ilin martın 4-də Bakıda baş verən "İL-
76" qəzasının 76-cı (!) günü Çində Azərbaycana məxsus
daha bir "İL- 76" təyyarəsi (18 mayda) qəzaya uğradı.
6) 2013-cü il 7 iyul tarixində Aerikada "Boenq-
777" qəzaya uğradı. Araşdırmalarımız göstərir ki, bu
qəza özündən əvvəlki qəzalarla riyazi yolla əlaqəlidir.
Belə ki, bu qəza:
– özündən əvvəl Amerikada (20 may 2011) baş ve-
rən "Boeing 707" qəzasının 777-ci (!) günüdür.
– 10 dekabr 2011 tarixdə baş verən Ay tutulması-
nın 572-ci günüdür ki, bu da “Quran”ın səhifələrinin
iki mislidir:
572 – 286 = 286
– Hindistanda (22.05.2010) baş verən "Boeing-
Paşa Yaqub
68
737" qəzasının 1144-cü günüdür ki, bu da 286 ədədinin
dörd mislidir: 1144 : 4 = 286
- Londonda (17 yanvar 2008) baş verən "Boeing-
777" qəzasının 2002-ci günüdür ki, bu da 286 ədədinin
7 mislidir: 2002 : 7 = 286
7) 8 mart 2014-cü il tarixdə Malayziyaya məxsus
“Boeing- 777” markalı təyyarə müəmmalı şəkildə yoxa
çıxdı. Bugünədək axtarılsa da, nə təyyarədən, nə də
içərisindəki 239 nəfər insandan bir xəbər yoxdur.
Hadisədə diqqət çəkən məqam, onun yenə də 858
ədədi ilə özündən əvvəlki qəzalara bağlanmasıdır. Belə
ki, qəzadan 858 gün qabaq (01. 11. 2011) dünyada eyni
gündə üç təyyarə qəzası baş verib. Bunlardan ikisi
Türkiyə aeroportunda biri-biri ilə toqquşmuşdu. Biri
isə Polşada yerə enərkən təkəri açılmadığından qəzaya
uğramışdı.
Malayziyada baş verən sözügedən qəza əvvəlkilərdə
olduğu kimi, Ay tutulması ilə də bağlanır. Belə ki, qəza
baş verən gün 25 may 2013 tarixli Ay tutulmasının 286-
cı günüdür ki, bu da Quranın səhifələrinin sayını göstərir.
8) 17 avqust 2008-ci il tarixli Ay tutulmasının 747-
ci günü Səudiyyə Ərəbistanında "Boeing- 747" təyyarə-
si qəzaya uğradı (04.09.2010).
9) 19 oktyabr 2013-cü il tarixli Ay tutulmasının
737-ci günü Riqadan Brüsselə uçan "Boeing- 737" mar-
kalı sərnişin təyyarəsi qəzaya uğradı (26. 10. 2015).
737 + 800 = 1537
G İ Z L İ E L M L Ə R
69
Maraqlıdır ki, bu hadisənin 1537-ci (!) günü - 8
yanvar 2020-ci il tarixdə Tehran – Kiyev reysi ilə uçan
"Boeing-737-800" markalı təyyarə qəzaya uğradı və
göyərtəsindəki 172 nəfər insan həlak oldu.
10) 2015-ci ilin noyabr ayın 15-dən 16-na keçən
gecə Tehrandan Bakıya uçmalı olan "Aerbus- 319" sər-
nişin təyyarəsində nasazlıq yarandığından uçuş təxirə
salındı və bir gün ləngidi. Həmin gün ilin 319-cu (!)
günü idi ki, bu da təyyarənin üzərində həkk olunub.
11) 25 may 2013-cü il tarixli Ay tutulmasının 737-ci
günü Moskvanın “Domodedovo” hava limanına enən
“Boeing- 737” təyyarəni ildırım vurdu (30 may 2015).
12) 12 may 2015-ci il tarixdə ABŞ-ın Los-Anceles
şəhərində “Bombardier CKJ- 200” sərnişin təyyarəsi
qəza enişi edən gün Ay tutulmasının (19. 10. 2013)
200-cü günü idi.
13) 24 aprel 2015-ci il tarixdə Türkiyədə “A- 319”
və “A- 320” təyyarələri havada olarkən qəza keçirdilər
və məcburi eniş etdilər. Həmin gün ilin 114-cü günü idi
ki, bu da “Quran”ın surələərinin sayını göstərir.
14) 13 iyun 2015-ci il tarixdə Bakıdan Naxçıvana
uçan “Boeing- 757” təyyarəsində qəza vəziyyəti yaran-
dığından, geri qayıdaraq, Bakıya qəza enişi etmək məc-
buriyyətində qaldı. Hadisə baş verən gün 25 oktyabr
2015-ci il tarixdə baş verən Günəş tutulmasının 228-ci
günü idi ki, bundan da Quranın surələrinin sayını (114)
çıxanda, yenə də müqəddəs kitabın rəmzi olan 114 ədə-
di alınır:
Paşa Yaqub
70
228 - 114 = 114
Hadisə baş verən gün həmçinin, Moskvanın Vunu-
kovo hava limanında baş verən “Boeing- 737” qəzası-
nın 757-ci (!) günü idi.
15) Xatırladım ki, 11 iyun 2014-cü ildə Naxçıvana
enən "Boeing- 757" təyyarəsini ildırım vurduğundan
ölən və yaralananlar olmuşdu. 15 iyul 2015-ci il tarixdə
isə, Azərbaycana məxsus “Boeng- 747" təyyarəsi Hon-
konq hava limanında qəza enişi etdi. Maraqlıdır ki, bu
iki qəza arasında 400 gün fərq vardır. Elə isə: 400 - 286
= 114
Bu təyyarə qəzası həmçinin, 21 may 2012-ci il tari-
xli Günəş tutulmasının 1144-cü günüdür ki, bu da Qu-
ranın səhifələrinin 4 mislidir:
1144 - 286 - 286 - 286 = 286
Azərbaycan təyyarəsi Honkonqda qəzaya uğrayan
gün həmçinin, 22 dekabr 2011-ci il tarixdə baş verən
Ay tutulmasının 1665-ci günüdür ki, bu da tövbə və cə-
za rəmzi olan 555 ədədinin üç mislidir:
1665 - 555 - 555 = 555
16) 8 noyabr 2015 tarixdə Rusiyanın Xabarovsk
şəhərinin hava limanında “Boeing- 777” təyyarəsi uçuş
zolağında hərəkət edərkən “AN-26” markalı təyyarə ilə
toqquşdu. Hesablamalarımız göstərir ki, bu qəza da
G İ Z L İ E L M L Ə R
71
özündən əvvəl baş verən bir çox təyyarə qəzaları və
astronomik hadisələrə bağlanır. Belə ki, bu qəza:
- 2013-сü il iyulun 7-də Amerikada baş verən "Bo-
eing 777" qəzasının 858-ci günü baş verib ki, bu da
286 ədədinin 3 mislidir:
858 – 286 – 286 = 286
- Hindistanda (22.05.2010) baş verən "Boeing 737"
qəzasının 2002-ci günüdür ki, bu da 286 ədədinin yed-
di mislidir:
2002 : 7 = 286
- 15 aprel 2014-cü ildə baş verən Ay tutulmasının
572-ci günüdür ki, bundan da 286 çıxanda yenə də mü-
qəddəs kitabın səhifələrinin sayı alınır:
572 – 286 = 286
- 10 dekabr 2011 tarixdə baş verən Ay tutulmasının
1430-cu günüdür ki, bu da "Quran"ın səhifələrinin 5
mislidir:
1430 : 5 = 286
- 6 avqust 2009-cu il tarixli Ay tutulmasının 2288-
ci günüdür ki, bunu da səkkizə böləndə yenə də "Qu-
ran"ın səhifələrinin sayı alınmaqla, bəşəriyyətin diqqə-
tini bu müqəddəs kitaba yönəldir:
Paşa Yaqub
72
2288 : 8 = 286
17) 17 noyabr 2013-cü il tarixdə Moskva-Kazan
reysi ilə uçan "Boeing-737" qəzaya uğradı. Bundan
737 gün sonra (22 noyabr 2015) Qırğızıstanın Oş şəhə-
rində “Boeing-737″ təyyarəsinin qəza enişi etdi. Həmin
gün, 29 aprel 2014-cü il tarixli Ay tutulmasının 572-ci
günü idi ki, bundan da müqəddəs kitabın səhifələrinin
sayını çıxdıqda, yenə də 286 alınır və bəşəriyyətin diq-
qətini təkrar “Quran”a yönəldir:
572 - 286 = 286
Oxucuları yormamaq üçün siyahını çox uzatmıram.
Dünyada baş verən bütün təyyarə, qatar, enerji qəzaları
xüsusi bir qanunnauyğunluğa tabe olduğu göz önündə-
dir. Bu qanunauyğunluğun isə, qiyamət əlaməti olan
Günəş və Ay tutulmalarına eyni zamanda “Quran”a
bağlanması bu hadisələrin əslində Yer əhlinə kodlaşdı-
rılmış bir mesaj olduğu məlum olur.
G İ Z L İ E L M L Ə R
73
DÜNYADA BAŞ VERƏN ENERJİ
QƏZALARININ ASTRONOMİK
HADİSƏLƏRLƏ ƏLAQƏSİ
“Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər
düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?” “Quran”,
“Davar” surəsi, 80.
XI əsrdə dünyada baş verən enerji böhranları-
nın monitorinqini apararkən çox maraqlı mə-
qamlar üzə çıxdı. Oxucuların marağına səbəb olacağını
nəzərə alıb, həmin maraqlı məqamları diqqətinizə çat-
dırmaq istəyirəm. Belə ki, enerji qəzalarını adi təqvim
üzəriində sayarkən onların bir qayda olaraq “Quran”da
tövbə və cəza rəmzi olan 555 ədədinə bağlandığını
görmək olur. 555 ədədinin mənasını bilmək üçün əv-
vəlcə bir düsturu nəzərinizə çatdıraq.
“Quran”dakı rəqəmləri tədqiq edərkən, onun surələri-
nin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauy-
ğunluğun olduğu üzə çıxır. Kainatın dörd cəhətdən, təbiə-
tin dörd fəsildən ibarət olmasını, həmçinin insanın dörd
ünsürdən yaranmasını və bu müqəddəs kitabın dördüncü
səmavi kitab olmasını nəzərə alıb, “Quran”ın ilk dörd surə-
sindəki ayələri cəmləyək:
7 + 286 + 200 + 176 = 669
Qeyd edim ki, bu dörd surə bəşəri dəyərləri mülayim-
X
Paşa Yaqub
74
liklə təblig etdiyindən, 669 ədədi də “Quran”-da mülayim-
lik və yaxud bəşəri dəyərlər rəmzi sayılır.
Bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından
bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir (9; 19; 29; …109)
və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 ədədi
alınar. Bu ayələrə fikir versək, əsasən sərt ayələrdən ibarət
olduğunu və cəzadan bəhs etdiyini görərik.
Elə isə, mülayimlik rəmzi olan 669
ədədindən
sərtlik və
cəza rəmzi olan 555 ədədini çıxaq:
669 – 555 = 114
Alınan 114 ədədi “Quran”ın surələrinin sayını göstərir.
Düsturdan məlum olur ki, bu müqəddəs kitabın mahiyyəti
bəşəri dəyərlərin təbliğindən və bu dəyərlərə əməl etməyən-
lərin necə cəzalanacağından ibarətdir.
“Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq,
onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin
cəzası da şiddətlidir!” “ Quran”, “Göy gurultusu” surəsi, 6.
u düstur bir daha təsdiq edir ki, “Quran”ın 114 su-
rədən və 6.236 (altı min iki yüz otuz altı) ayədən
ibarət olması, həmçinin, surələrin və ayərin düzülüşü insan
beyninin məhsulu olmayıb, Allahın elmi və iradəsi ilə
düzülmüşdür.
Bu hikmətə vaqif olduqdan sonra, qayıdaq enerji qəza-
larının 555 ədədi altında baş verməinə:
1) 13 iyul 2002-ci ildə Azərbaycanda baş verən
enerji böhranı bütün ölkəni qaranlığa qərq etmişdi. Hə-
min gün elm əsri olan XXI əsrin 555-ci (!) günü idi.
2) Azərbaycanda daha bir enerji böhranı 29 yanvar
2006-cı ildə baş verdi. Bu böhran da astronomik hadi-
B
G İ Z L İ E L M L Ə R
75
sələrə bağlanır. Belə ki, həmin gün 5 iyul 2001-ci il ta-
rixli Ay tutulmasının 1665-ci günündür ki, bu da 555
ədədinin üç mislidir:
1665 - 555 - 555 = 555
(Həmin gün Danimarkada baş verən enerji böhra-
nının 858-ci günü idi)
3) 20 aprel 2006-cı ildə Azərbaycanda baş verən
enerli böhranı Bakını qaranlığa qərq etməklə, metro da
daxil bütün nəqliyyat və digər mühüm obyektlərin fəa-
liyyətini dondurdu. Həmin gün 14 oktyabr 2004-cü il
tarixli Günəş tutulmasının 555-ci günü idi.
"And olsun ki, Allah bunları hesablamış və tək-
rar-təkrar saymışdır" Quran, 19: 94.
4) Bakıda növbəti enerji böhranı 6 iyul 2006-cı ildə
baş verdi. Həmin vaxt bir çox vacib dövlət strukturları
və mühüm obyektlər fəaliyyətini dayandırmaq məcbu-
riyyətində qaldılar. Bu böhranın da əvvəlkilərin davamı
olduğu və xüsusi qanunauyğunluğa tabe olduğu aşağı-
dakı hesablamalardan görünür:
- həmin qəza 14 dekabr 2001-ci il tarixli Günəş tu-
tulmasının 1665-ci günü baş verib ki, bu yenə də cəza
rəmzi olan 555 ədədinin üç mislidir:
1665 - 555 - 555 = 555
- qəza həmçinin, 24 noyabr 2003 tarixli Günəş tu-
tulmasının 955-ci günü baş verib ki, bundan da “Qu-
Paşa Yaqub
76
ran”ın səhifələrinin və surələrinin sayını çıxdıqda yenə
də 555 ədədi alınır:
955 – 286 – 114 = 555
5) Yadınıza salım ki, dünyanın diqqətini özünə
cəlb edən enerji böhranlarından biri (ən böyüyü) də
2003-cü ilin avqustun 13-də Amerikada baş verdi. Hə-
min vaxt bir həftə ərzində iki dövlət (Amerika və Ka-
nada) qaranlığa qərq oldu. Maraqlıdır ki, həmin gün
elm və peyğəmbərlik rəmzi olan XXI əsrin 955-ci günü
idi. Elə isə, bundan "Quran"ın səhifələrinin (286) və
surələrinin (114) sayını çıxsaq, yenə də tövbə və cəza
rəmzi olan 555 ədədi alınır:
955 – 286 – 114 = 555
6) Xəbər verildiyi kimi, 31 mart 2015-ci il tarixdə
Türkiyədə enerji böhranı baş verdi və ölkə gün ərzində
qaranlığa qərq oldu.
Hesablamalarımız göstərir ki, bu hadisə də təsadüfi
olmayıb, “Quran”da qiyamətin əlaməti kimi göstərilən
astronomik hadisələrlə əlaqələnir. Bu əlaqə özünü yenə
də TÖVBƏ və cəza rəmzi olan 555 ədədi ilə çox aşkar
büruzə verir. Belə ki, Türkiyədəki enerji böhranı:
- 21 iyul 2001-ci il tarixli Günəş tutulmasının (qi-
yamət xəbərdarlığının) 4995-ci günüdür ki, bunu da
“Tövbə” surəsinin rəmzi olan 9-a bölsək, cəza rəmzi
olan 555 ədədinin alındığını görərik:
4995 : 9 = 555
G İ Z L İ E L M L Ə R
77
- Həmin enerji böhranı baş verən gün 28 avqust
2007-ci il tarixdə baş verən Günəş tutulmasının 2775-
ci günüdür ki, onu da 5-ə böləndə yenə də 555 ədədi
alınır və diqqətimizi yenə də "Quran"a və cəzadan bəhs
edən ayələrə yönəldir:
2775 : 5 = 555
7) Azərbaycanda növbəti enerji böhranı 3 iyul
2018-ci il tarixdə baş verdi. Həmin gün ölkənin enerji,
nəqliyyat, iqtisadiyyat və s. sektorlarında çökmə baş
verdi. Əhali günlərlə qaranlıqda qaldı.
Elmi-lədun hesablamalarımız göstərir ki, dünyada
baş verən digər enerji qəzaları kimi, bu qəza da tə-
sadüfü baş verməyib. Hadisədə heyrətamiz bir riyazi
qanunauyğunluq var və bu, Allahdan ciddi bir xəbər-
darlıqdır! Bunun sübutu aşağıdakı hesablamalardan
çox aşkar görünür:
- Xatırladım ki, 27 dekabr 2016-cı il tarixdə Səngə-
çal qaz terminalında (enerji nəqlində) partlayış baş ver-
diyindən, böyük bir yanğın meydana gəldi. Bu hadisə
ölkədə həyəcan yaratdı. Burada diqqət çəkən maraqlı
məqam ondan ibarətdir ki, 3 iyulda enerji sektorunda
partlayış və yanğınlar baş verəndə, həmin qəzanın 555-
ci (!) günü idi.
- Daha bir analoji hadisəni yada salaq: 23 sentyabr
2012-ci il tarixdə Siyəzəndə 36 KV-luq yarımstansiya-
nı ilddırım vurdu və yanğın baş verdi, bölgə qaranlığa
qərq oldu... Həmin anda Hacıqabulda da yarımstansi-
Paşa Yaqub
78
yanı ildırım vurdu və yanğın baş verdi... bu səbəbdən
Hacıqabuldan keçən bütün qatarlar gecə səhərədək yol-
da qaldılar. Bölgənin bütün rayonlarının yanğınsöndü-
rənləri əraziyə cəlb olundular... Beləliklə həmin gecə
ölkənin enerji və nəqliyyat sektorunda çökmə baş ver-
di. Maraqlıdır ki, həmin gecə enerji sektorunda baş ve-
rən yanğınlarla, 3 iyulda baş verən analoji yanğınlar bi-
ri-biri ilə 555 (!) ədədi altında bağlanır. Belə ki, hadisə-
lər 1110 gün fərqlə baş vermişdir ki, bundan da tövbə
və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 alı-
nar və bu da hadisənin bir xəbərdarlıq mesajı olması
haqqında verdiyimiz xəbərin doğruluğunu bir daha təs-
diq edir:
1110 – 555 = 555
- 3 iyul 2018-ci il tarixdə ölkəmizdə enerji qəzası baş
verən gün, 4 iyun 2012-ci il tarixli Ay tutulmasının 2220-
ci günüdür ki, bu da 555 ədədinin 4 mislidir:
2220– 555 – 555 – 555 = 555
- Daha bir analoji hadisə Tacikistanda baş vermiş-
dir. Belə ki, 9 dekabr 2016-cı il tarixdə Tacikstanın
enerji sektoru çökdüyündən, ölkə qaranlığa qərq oldu.
Burada diqqətimizi belə bir məqam cəlb edir ki, bu ha-
disəylə 3 iyul enerji hadisəsi 572 gün fərqlə baş verib.
Bundan "Quran"ın kodu (səhifələrinin sayı) olan 286
ədədini çıxsaq, yenə də 286 ədədi alınır və bu da hadi-
G İ Z L İ E L M L Ə R
79
sənin Allah tərəfindən gözlənilən böyük bəlanın xəbər-
darlığı olduğunu bir daha sübut edir:
572– 286 = 286
- Elmi-lədun araşdırmalarımız göstərir ki, 3 iyulda
baş verən enerji həyəcanı Azərbaycanda baş verən zəl-
zələ həyəcanı ilə də riyazi şəkildə əlaqələnir. Belə ki,
2017-ci ilin 15 noyabrında ölkəmizdə 6 bal zəlzələ baş
verdi. Bu iki həyacanlı hadisə arasında 228 gün fərq
vardır ki, bundan da "Quran" rəmzi olan 114 ədədini
çıxdıqda, yenə də surələrin sayı olan 114 ədədi alınır
və bu da hər iki hadisənin əlaqəli olduğunu bir daha
sübut edir:
228--114 = 114
Azərbaycanda baş verən 3 iyul enerji böhranının
555-ci günü (08.01.2020) Tehran-Kiyev relsi ilə uçan
“Boeinq-737” təyyarəsi qəzaya uğrayaraq içərisindəki
170 nəfərdən çox insan həlak oldu (bu barədə təyyarə
qəzaları barədə yazımızda bəhs etdik).
Beləliklə, Azərbaycanda və dünyada baş verən bu
kimi sirli hadisələr yolunu azmış və bir-birinə manyak-
casına zülm edən, işgəncə verməyi sevən insanların
diqqətini “Quran”a və Allahın cəzasına yönəltməklə,
xəbərdarlıq mesajlarıdır:
Paşa Yaqub
80
ASTRONOMİK HADİSƏLƏR
VƏ DAŞQINLAR
uxarıda qeyd etdim ki, Günəş tutulmalarının
29 ədədi altında baş verməsi “Quran”ın düzü-
lüşündəki qanunauygunlugu təsdiq etməklə yanaşı,
həm də Yerin İNSAN yaşayan 29 faiz hissəsinə işarə-
dir. Elə isə sual yaranır ki, bəs yerin qalan 71 %-nə ne-
cə, xəbərdarlıq olunurmu? Bu sualın da cavabını tap-
maq üçün elmi-ladun işıgında astronomiya elmini
araşdırmaq qərarına gəldim və xoşbəxtlikdən əziyyətim
hədər getmədi; sualın cavabını tapdım.
Qeyd edim ki, hələ astronomiya elmi yaranmamış-
dan qabaq kahinlər Günəş və Ay tutulmalarını əsrlər
boyu qeydə almış və onların sayı üzərində təhlillər
aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən
olunmuşdu ki, astronomik hadisələr dövrlərə bölünür
və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutka-
nı) əhatə edir. Sonradan astronomiya elmi yarandı və
bu dövr “Saros dövrü” adlandırıldı.
Bir qayda olaraq hər “Saros dövrü”ndə 71 dəfə ast-
ronomik xəbərdarlıq (Günəş və Ay tutulması) baş verir.
Bu 71 tutulmanın da bir qayda olaraq 28-i Ay, 43-ü isə
Günəş tutulması olur.
Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin
mənası (niyə məhz bu sayda olması) hələ ki, şərh olun-
Y
G İ Z L İ E L M L Ə R
81
mayıb (yəqin ona görə ki, indiyədək bu məsələyə “Qu-
ran” fonunda baxılmayıb).
Araşdırmalarımız zamanı məlum oldu ki, Allahın
elminin sirrini məhz Özünün göndərdiyi kitabla – “Qu-
ran”la açmaq mümkündür. Belə ki, buradakı 71 ədədi
Yerin dərya hissəsinə işarədir (yerin 71 %-i sudan ibarət-
dir). Dəryadan söhbət düşəndə isə gözlərimiz önünə ilk
növbədə gəmi və Nuh gəlir. Təsadüfi deyil ki, «Nuh» su-
rəsinin sıra nömrəsi də 71-dir ki, bu da həm dəryalara,
həm də “saros dövrü”ndəki 71 tutulmaya işarədir.
71-ci surə 28 ayədən ibarətdir ki, bu da «Saros
dövrü»ndə olan 28 (!) ay tutulmasının açarıdır.
71 – 28 = 43
düsturu isə bir astronomik dövrdə 43 (!) dəfə baş verən
Günəş tutulmasının açarıdır.
uradan məlum olur ki, neçə əsrlərdir baş verən
Günəş və Ay tutulmaları ilə Allah-taala insan-
lara əməllərinin nəticəsi olaraq onları gözləyən subas-
maları xəbər verirmiş. İnsanların bu xəbərdarlıqlara
məhəl qoymamasının və günahlardan çəkinməməsinin
nəticəsidir ki, bu gün subasma halları (daşqınlar, qasır-
ğalar və sunamilər) bütün dünyanı bürüyüb. Hamıya
məlumdur ki, alimlərin hesablamalarına görə, daşqınla-
rın nəticəsində yaxın bir neçə ildə bir çox Avropa
dövlətləri, həmçinin Amerika suyun altında qalacaq.
Bunu hamı bilsə də, çox təəssüf ki, səbəbləri haqqında
B
Paşa Yaqub
82
düşünən yoxdur. Səbəblərini anlamaq üçün Həzrəti
Peyğəmbərin zamanında baş verən bir əhvalatı diqqəti-
nizə çatdırıram.
Əbu Musa Əl-Əşari rəvayət edir ki, Peyğəmbərin
(s.ə.v.) zamanında Günəş tutuldu. O, Qiyamətin qopdu-
ğunu zənn edib (!) məscidə gəldi və namaz qıldı. Na-
maz əsnasında qiyamı, rükunu və səcdəni uzatdı. Mən
onun bu cür namaz qıldığını görməmişdim. Namaz qıl-
dıqdan sonra dedi: «Allahın göndərdiyi bu rəmzlər, ki-
minsə ölümünə və doğulmasına görə deyildir. Lakin Al-
lah bununla qullarını qorxudur. Belə olduğunu gördü-
yünüz zaman Allaha zikr və dua etməyə, Ondan bağış-
lanma diləməyə tələsin!» Səhihu-1– Buxari, 1044; Sə-
hih Müslüm, 2114.
"Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir
əzab gəlməmişdən əvvəl onları qorxut!" - deyə öz tay-
fasına peyğəmbər göndərdik. O dedi: “Ey qövmüm!
Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq–aşkar qor-
xudan bir peyğəmbərəm». Quran, “Nuh surəsi”.
Dostları ilə paylaş: |