Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
"QIZIL ULDUZ" BALZAMI balzam
"GOLDEN STAR" BALM
Tərkibi
Təsiredici maddələr: 4q preparatın tərkibində 0,455 q
kristallik mentol, 0,910 q kamfora, 0,590 ml istiotlu
nanə yağı, 0,140 ml evkalipt yarpağının yağı, 0,228 ml mixək çiçəyinin yağı, 0,053 ml Çin darçını yağı vardır.
Köməkçi maddələr: arı mumu, parafin,
susuz lanolin, vazelin, parafin yağı.
Təsviri
Qəhvəyi-sarı rəngdə efir yağı iyli balzam.
Farmakoterapevtik qrupu
Bitki mənşəli yerli qıcıqlandırıcı vasitə.
АТС kodu: R05X
Farmakoloji xüsusiyyətləri
Yerli qıcıqlandırıcı, yayındırıcı və antiseptik təsirə malikdir.
İstifadəsinə göstərişlər
- baş ağrısı;
- kəskin respirator xəstəliklərin kompleks müalicəsi;
- qrip;
- rinit;
- zökəm;
- başgicəllənmə;
- həşərat sancmaları zamanı simptomatik müalicə vasitəsi kimi.
Əks göstərişlər
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- preparatın istifadəsi nəzərdə tutulan nahiyələrdə dəri örtüyünün tamlığının pozulmuş olması, dəri
xəstəliklərinin olması;
- 2 yaşa qədər uşaqlar;
- hamiləlik və laktasiya dövründə istifadə təcrübəsi olmadığı üçün bu qrupda preparatın təyini məsləhət
görülmür.
Doza həddinin aşılması
Bu günə qədər doza həddinin aşılması halları müşahidə olunmamışdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşkar olunmayıb.
Xüsusi göstərişlər
Balzamın gözə, burnun və ağızın selikli qişalarına, həmçinin dərinin zədələnmiş nahiyələrinə düşməsinə
imkan vermək olmaz.
Uşaqlarda həkim məsləhəti olmadan preparatı istifadə etmək məsləhət
görülmür.
İstifadə qaydası və dozası
Xaricə istifadə üçün balzam.
Baş ağrıları və başgicəllənmələr zamanı balzam gicgah və ənsə nahiyələrinə sürtülür.
Rinitlər, kəskin respirator xəstəliklər zamanı balzam burun qanadlarının dərisinə, gicgah nahiyəsinə sürtülür.
Həşərat sancmaları zamanı balzam sancılmış nahiyəyə sürtülür.
Əlavə təsirləri
Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
Buraxılış forması
4 q balzam tənəkə qablarda. Bir qab içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15-25°C temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Danafa Farmasyutikal” SC, Vyetnam.