"golden star" balm



Yüklə 11,69 Kb.
Pdf görüntüsü
tarix05.03.2017
ölçüsü11,69 Kb.
#10304

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 



 

 

"QIZIL ULDUZ" BALZAMI     balzam 

"GOLDEN STAR" BALM 

 

 

Tərkibi 



Təsiredici maddələr:  4q preparatın tərkibində 0,455 q kristallik mentol, 0,910 q kamfora, 0,590 ml istiotlu 

nanə yağı, 0,140 ml evkalipt yarpağının yağı, 0,228 ml mixək çiçəyinin yağı, 0,053 ml Çin darçını yağı vardır. 



Köməkçi maddələr: arı mumu, parafin, susuz lanolin, vazelin, parafin yağı. 

 

Təsviri 

Qəhvəyi-sarı rəngdə efir yağı iyli balzam. 

 

Farmakoterapevtik qrupu 

Bitki mənşəli yerli qıcıqlandırıcı vasitə. 

АТС kodu: R05X 

 

Farmakoloji xüsusiyyətləri 

Yerli qıcıqlandırıcı, yayındırıcı və antiseptik təsirə malikdir. 

 

İstifadəsinə göstərişlər 

- baş ağrısı; 

- kəskin respirator xəstəliklərin kompleks müalicəsi

- qrip; 

- rinit; 

- zökəm; 

- başgicəllənmə; 

- həşərat sancmaları zamanı simptomatik müalicə vasitəsi kimi. 

 

Əks göstərişlər 

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq; 

- preparatın istifadəsi nəzərdə tutulan nahiyələrdə  dəri örtüyünün tamlığının pozulmuş olması, dəri 

xəstəliklərinin olması; 

- 2 yaşa qədər uşaqlar

- hamiləlik və laktasiya dövründə istifadə  təcrübəsi olmadığı üçün bu qrupda preparatın təyini məsləhət 

görülmür. 

 

Doza həddinin aşılması 

Bu günə qədər doza həddinin aşılması halları müşahidə olunmamışdır. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Aşkar olunmayıb. 

 

Xüsusi göstərişlər 

Balzamın gözə, burnun və  ağızın selikli qişalarına, həmçinin dərinin zədələnmiş nahiyələrinə düşməsinə 

imkan vermək olmaz. 

Uşaqlarda həkim məsləhəti olmadan preparatı istifadə etmək məsləhət 

görülmür. 

 

İstifadə qaydası və dozası 

Xaricə istifadə üçün balzam.



 

Baş ağrıları və başgicəllənmələr zamanı balzam gicgah və ənsə nahiyələrinə sürtülür. 

Rinitlər, kəskin respirator xəstəliklər zamanı balzam burun qanadlarının dərisinə, gicgah nahiyəsinə sürtülür. 

Həşərat sancmaları zamanı balzam sancılmış nahiyəyə sürtülür. 

 

Əlavə təsirləri 

Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər. 

 

Buraxılış forması 

4 q balzam tənəkə qablarda. Bir qab içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 



 

Saxlanma şəraiti 

15-25°C temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

5 il. 


Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır. 

 

 



İstehsalçı 

“Danafa Farmasyutikal” SC, Vyetnam. 



 

Yüklə 11,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin