İndi qüsur ilə doğulan uşaqlara çox rast gəlinir. Körpələrdə
bu cür problemlər nədən qaynaqlanır?
- Statistik olaraq qüsurla doğulan uşaqların sayı art-
mayıb, sadəcə daha dərin müayinələr aparıldığı üçün
bu qüsurlar hamiləlik dövründə aşkarlanır. Təbii ki, hər
şey hamiləliyin təqibindən və hamiləliyə hazırlıqdan
baş verir. Qadınlar planlaşdırılan hamiləlikdən öncə uy-
ğun müayinələrdən keçməli, hamilə olduqdan sonra isə
təqiblər düzgün aparılmalıdır. Bətndaxili qüsurlar aşkar ol-
duqda, belə bir uşağın doğulması gözlənildikdə, neonata-
loji briqada məlumatlandırılır və onlara hansı müdaxilələr
olacağını ilk andan tənzimləyirik. Ümumiyyətlə, bütün
uşaqlarımız doğulduqda lazımi müayinələr aparılır. Təsbit
etdiyimiz hansısa problem varsa, uşaq cərrahları, kardio-
loqlar, kardiocərrahlar, neyrocərrahlar, nefroloqlarımız və s.
dar ixtisas sahibi kolleqalarımız komandamıza dəstək olur
və uşaqda lazımi korreksiyalar aparılır.
Dostları ilə paylaş: |