Gözəl ana, vəfalı ömür-gün yoldaşı, in tellektual keyfiyyətləri özündə birləşdirən


“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix30.12.2021
ölçüsü2,05 Mb.
#21575
1   2   3   4   5   6   7   8   9   ...   18
“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə 

sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur”

Heydər Əliyev

BÜLLETEN-6 | APREL 2015

“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin 

göstərilməsi üçün bütün imkanlar var!”

İlham Əliyev

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az    www.facebook.com/MerkeziKlinika     twitter.com/MerkeziKlinika

ZƏRİFƏ ƏZİZ QIZI ƏLİYEVA

Azərbaycan səhiyyəsinin tarixi


Artıq yaz fəslinin küləkli günlərini yaşayırıq. Bu isə o 

deməkdir ki, hava-damcı yolu ilə yayılan xəstəliklər art-

maqdadır.  Bu  xəstəliklərdən  biri  də  uşaqlıq  dövründə  

daha  çox  rast  gəlinən  suçiçəyi  xəstəliyidir.  Suçiçəyi 

xəstəliyi  daha  çox  5-10  yaşlı  uşaqlar  arasında  yayı-

lan,  qışın  sonu  və  yazın  əvvəllərində  sıx  müşahidə  olu-

nan,  çox  yoluxucu,  qızdırmalı,  səpgilərin  əmələ  gəlməsi 

ilə  xarakterizə  olunan  kəskin  virus  mənşəli    infeksion 

xəstəlikdir. Mövsümi xarakter daşımasına səbəb virusun 

günəşin ultrabənövşəyi şüalara davamsız olmasıdır.

Son statistik məlumatlara əsasən, Azərbaycanda 2012-

ci ilin ilk 3 ayı ərzində qeydə alınmış suçiçəyi xəstələrinin 

sayı 3871 nəfər olub. 2010-cu ildə bu xəstəliyə yoluxan-

ların ümumi sayı 6963 nəfər idisə, 2011-ci ildə bu rəqəm 

artaraq  10448  nəfər  təşkil  edib.  Göründüyü  kimi,  bu 

xəstəliyə  yoluxanların  sayı  ildən-ilə  artmaqdadır.  Buna 

görə də bəzi Avropa ölkələrində suçiçəyi xəstəliyinə qarşı 

olan vaksin məcburi peyvənd təqviminə əlavə edilmişdir.

Suçiçəyi xəstəliyinin səbəbi nədir?

Suçiçəyinin törədicisi-Varicella zoster virusudur (VZV). 

Bu virusa yalnız insanlar yoluxur və daşıyıcı olur. Virusun 

həssas orqanizmlə ilkin təması zamanı özünü uşaqlarda 

suçiçəyinin  klinikası  şəklində  göstərir.  Suçiçəyi  xəstəliyi 

keçirən uşaqlarda bu virus aktivləşərsə, kəmərləyici her-

pes xəstəliyi inkişaf edir.

Virus hansı yollarla yayılır?

Xəstəliyin yeganə mənbəyi insandır. Bu virus xəstə uşa-

ğın  asqırması,  öskürməsi  ilə  hava-damcı  və  səpgilərin 

möhtəviyyatı  ilə  birbaşa  kontakt  yolla  ötürülür.  Virus  hava 

cərəyanı  ilə  ventilyasiya  sistemindən  bir  mərtəbədən  digər 

mərtəbəyə ötürülür. Hamilə qadınlarda ciftdən dölə də keçir.

Xəstəlik nə zaman yoluxdurucu olur?

Xəstə ilk səpginin əmələ gəlməsindən 2-3 gün öncə 

və bütün səpgilərin qabığa çevrilməsinə qədər yoluxucu-

dur. Keçirilmiş infeksiyadan sonra davamlı, ömürlük im-

munitet yaranır.

Xəstə  uşaq  ilə  təmasdan  14-22  gün  sonra  ilkin 

simptomlar əmələ gəlir. Bu əlamətlər qarın ağrısı, 37.5-

39C    qızdırma,  narahatlıq,  iştahasızlıq,  halsızlıq  ilə  özü-

nü  biruzə  verir.  24  saat  sonra  səpgi  çəhrayı  ləkə,  sonra 

qırmızı-çəhrayı qabarıq şəklində başlar, 1-2 saat sonra isə 

yanmış  dəri  kimi  -  içərisində    maye  dolu  möhtəviyyatlı 

suluqcuqlar halını alır. Səpgilər ilk olaraq gövdədən baş-

layır, sonra baş və üzə yayılır, qollarda və ayaqlarda nadir 

hallarda gorülür. Əlin içi və ayaqaltı səthdə səpgi olmur. 

Suluqcuğun əmələ gəlməsindən sonra 24-48 saat içində 

bu möhtəviyyat yoluxucu olur və çox zaman şəffaf, bəzən 

qanlı və ya irinli də ola bilir. Bu suluqcuqlar çox qaşınan 

və müxtəlif ölçüdə olur. Hər yeni səpgi elementi əmələ 

gələndə  temperatur  arta  bilər.  Bütün  səpgilər  suluqcu-

ğa  çevrilməyə  bilər.  Suluqcuqlar  3  sutka  sonra  qabığa 

çevrilir. Qabıq dövrü yoluxucu deyil və sonrakı 5-10 gün 

müddətə çapıq qoymadan keçir. Son çıxan səpgi qabıq-

lanana qədər - 7 gün ərzində yoluxucudur. Ağız boşlu-

ğunun  selikli  qişasında  və  cinsi  orqan  nahiyəsində  də 

səpgilər əmələ gələ bilər. Ağız boşluğundakı səpginin di-

varı zədələnsə, yerində aftalar əmələ gəlir ki, bu da aftoz 

stomatit adlanır.

Xəstəliyin ağırlıq dərəcələri varmı?

Xəstəliyin yüngül forması tək-tək suluqcuqlarla, qızdır-

ma olmadan və ya suluqcuq əmələ gəlmədən də müşahidə 

oluna bilər. Daha ağır hallar 2 yaşa qədər və böyüklərdə 

ola  bilər.  Bu  zaman  suluqcuqların  möhtəviyyatının  irin-

li, qanlı, qeyri-şəffaf olması mümkündür. Ən ağır forma 

generalizə olunmuş-yayılmış formadır. Bu zaman dəri və 

selikli qişalarla yanaşı, daxili orqanlar da zədələnir, onlar-

da iltihabi əlamətlər qeyd edilir. Bu əlamətlərə daha çox 

yaşlı, immun sistemi zəifləmiş, hormonal dərman qəbul 

edən insanlarda rast gəlinir.

Uşaqlarda hansı ağırlaşmalar 

mümkündür?

Ağırlaşmaların  olmasına  səbəb  bu  xəstəlikdən  sonra 

immun sisteminin zəifləməsidir. Daha çox suluqcuqların 

qaşınması  ilə  ikincili  infeksiya-stafilokok  infeksiyasının 

qoşulması və irinləmə ola bilər. Bu zaman qabıqdan son-

ra çapıq qala bilər. Nadir hallarda pnevmoniya (sətəlcəm), 

orta  qulaq  iltihabı,  beyin-beyincik  iltihabı  da  ola  bilər. 

Səpgi əmələ gələndən 4 gün sonra qızdırma düşməyibsə 

və ya öskürək, təngnəfəslik, qulaq ağrısı, yuxuya meyilli-

lik,  müvazinətin  pozulması  (yeriyərkən  səndələmə)  kimi 

şikayətlər varsa, mütləq həkiminizə müraciət edin!

Hamilələrdə suçiçəyi

Hamiləliyin I və II trismestrində bu virusa yoluxduq-

da döldə anadangəlmə (kongenital) suçiçəyi yaranır. Bu 

zaman embriopatiya-baş beyin qabığının atrofiyası, hid-

ronefroz, ətraflarda sümük-dəri defekti və s. dəyişikliklər 

yarana bilir. Bu klinikanın I trismestrində rast gəlmə tez-

liyi  0.7%,  II  trismestrdə  2%  olsa  da,  III  trismestrdə  0%-

dir. Əgər doğuşdan 5 gün öncə və ya 2 gün sonra anada 

suçiçəyi klinikası müşahidə olunarsa, bu zaman yeni do-

ğulmuş körpədə su  çiçəyinin klinikası (Neonatal varisella)  

müşahidə edilir. Buna səbəb bu virusa qarşı əmələ gələn 

anticisimlərin ciftdən ötürülmə zamanının qısa olmasıdır.

Diaqnoz nəyə əsasən qoyulur?

Diaqnoz aşağıdakı klinik əlamətlərə görə qoyulur:

-  Polimorf  səpgilər  (eyni  zamanda  müxtəlif  formalı 

səpgi-qırmızı ləkə, qabarcıq, suluqcuq)

-  Başın tüklü hissəsində, gövdədə, selikli qişalarda

-  Səpgilərin qaşınan olması

-  Qızdırma

Profilaktika məqsədilə nə etmək 

lazımdır?

-  Suçiçəyi xəstəliyi olan uşaqlarla təmasda olmamaq;

-  Uşağın gigiyenasına, əllərini təmiz saxlamasına diqqət 

yetirmək;

-  Otağın havasını tez-tez dəyişmək;

-  Passiv  immunizasiya  -  bu,  xəstəliyi  keçirmiş  insanla-

rın qanından alınan hazır antitellərlə aparılır. Xəstə ilə 

təmasdan 96 saat ərzində immunoqlobin (VZiG) əzələ 

daxilinə yeridilir. Bu immunoqlobin hamilə qadınlara 

da vurula  bilər. Suçiçəyi xəstəliyindən qorunma dövrü 

2-4 həftədir.

-  Aktiv  immunizasiya  -  xəstə  ilə  təmasdan  72  saat 

ərzində  vurulur.  Bu,  canlı  vaksindir  və  subkutan 

(dərialtı) yeridilir. Planlı şəkildə də aparıla bilir. 2 doz 

aparılır: I doz 12-15 aylıq, II doz 4-6 yaş arası uşaqlar-

da aparılır. Aktiv immunizasiya canlı vaksin olduğun-

dan hamilə qadınlara əks göstərişdir.

Xəstə uşağı nə qədər müddətə ətraf 

mühitdən izolyasiya etmək lazımdır?

- Xəstə uşaqlar axırıncı qabıq düşənə qədər  ictimai 

mühitə çıxmamalıdır. 

Müalicə metodları nələrdir?

-   Qızdırma salmağa göstəriş və bunun üçün nə etmək 

lazımdır?  Əslində  qızdırma  qoruyucu  bir  reaksiyadır. 

Əgər uşaq özünü yaxşı hiss edirsə, temperatur 38C-ni 

keçmirsə və ya baş ağrıları yoxdursa, qızdırma salıcıya 

ehtiyac yoxdur. Amma bu tip şikayətlər mövcüddursa, 

o zaman Parasetamol tərkibli sirop və ya tabletlərdən 

istifadə edilir. İbufen tipli qeyri-steroid iltihab əleyhinə 

preparatlar da istifadə oluna bilər. Amma bu preparat 

parasetamol  kömək  etməyəndə  istifadə  oluna  bilər. 

Çünki çox uşaqlarda ibufenə qarşı hiperhəssaslıq al-

lergik reaksiya, eləcə də allergiyaya meyilli uşaqlarda 

bronxial astmaya təkan verə bilər. Aspirin isə qətiyyən 

istifadə edilməməlidir. Əks təqdirdə Reye sindromu-

na (qaraciyər çatışmazlığı, ensefalit) və sonda komaya 

səbəb ola bilir. 

-  Virusun qandakı miqdarını azaltmaq məqsədilə çoxlu 

miqdarda maye qəbul edilməlidir.

-  Dırnaqların kəsilməsi, hər gün duş almaq, yerli olaraq 

səpgilərin qurudulması (Betadin məhlulu və ya brili-

ant yaşılı) yolu ilə ikincili infeksiyanın qarşısı alınır.

-  Otaq  temperaturu  aşağı  olmalıdır,  əks  təqdirdə 

tərləmə artır, bu isə  qaşınmanın artmasına səbəb olur.

-  Qaşınma  olarsa,  antihistaminik  preparatlar  istifadə 

edilir.

-  Ağız içi səpgilərdə antiseptik məhlullarla qarqara (Lo-

roben)

-  Daha  ağır  hallarda  hazır  immunoqlobin  vena  daxili 



(İviG)


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin