Məlum olduğu kimi, Mərkəzi Klinikada xalqımıza yüksək
səviyyəli tibbi xidmət göstərilməsi davam edir və gündən-
günə inkişaf edir. Xəstəxanamızda bütün istiqamətlər üzrə
təkmilləşmə işləri aparılır, xidmətlərimizin keyfiyyəti, növləri
və istiqamətləri daim genişləndirilir, yeni layihələr həyata ke-
çirilir. Müasir tibbin ən son nailiyyətlərindən peşəkarcasına
istifadə etməklə xalqımıza yüksək tibbi xidmət göstərmək
fəaliyyətimizin əsas prinsipinə çevrilir.
Qeyd olunanların məntiqi davamı kimi, 01.04.2015-ci il
tarixdə Mərkəzi Klinikanın yeni Stomatologiya Mərkəzinin
istifadəyə verilməsini göstərmək olar. Mərkəz Bakı şəhəri,
Xəqani küçəsi 90D ünvanında fəaliyyətə başlamışdır. Mərkəz
yüksək səviyyəli, xarici ölkələrdə təhsil almış və kurslar keç-
miş mütəxəssislər və ən son texnologiyalara uyğun tibbi
avadanlıqlarla təmin olunmuş, tibbi xidmətlə bağlı bütün
şərait yaradılmışdır.
Stomatoloji Mərkəzin ümumi sahəsi 527,71 m2 olmaq-
la, şöbədə 9 tibbi xidmət, 2 laboratoriya, 1 sterilizasiya
otağı mövcuddur. Yüksək keyfiyyətli və beynəlxalq stan-
dartlara cavab verən stomatoloji xidmət zamanı aşağıdakı
məsələlərə xüsusi tiqqət verilir.
Klinikada əsas üç məsələyə diqqət yetirilir:
• Tibbi personalın mütəxəssislik səviyyəsi;
• Peşəkar tibbi xidmət;
• Etibarlı sterilizasiya.
Xəstələrə 6 həkim, 8 tibb işçisi və müxtəlif sahələrdə
məşğul olan 6 inzibati-texniki heyət üzvü xidmət göstərir.
Həkimlər yüksək ixtisaslı və müasir səviyyədə tibbi bilik və
bacarığa malikdirlər. Mütəmadi olaraq müxtəlif xarici və yer-
li kurs və seminarlarda iştirak edirlər. Xarici ölkələrdə sto-
matologiya üzrə böyük nüfuza malik mütəxəsislər vaxtaşırı
olaraq dəvət edilərək burada xidmət göstərmələri təmin
edilir. Mərkəzdə stomatologiya sahəsində olan ən son tex-
nika və texnologiyalardan istifadə etməklə dəqiq və düzgün
tibbi xidmət göstərilir.
Xəstələrin tibbi xidmət üçün müraciətləri əvvəlcədən
qeydiyyat (randevu) sistemi əsasında və dəqiq vaxtla apa-
rılır. Xəstə Mərkəzə daxil olandan beş dəqiqə ərzində pro-
sedura götürülür. Prosedurun müddəti qabaqcadan təyin
edilir ki, bu da xəstələrə öz günlük planlarını daha dəqiq
qurmağa şərait yaradır. Müraciət edən xəstələrə check-
up müayinəsindən sonra müalicə planı hazırlanır, onlara
mövcud diş problemləri izah edilir və müalicəyə başlanılır.
Prosedur vaxtı həkim və assistentin birgə professional işi
sayəsində onlar heç bir narahatlıq hiss etmir. Həkimlər və
assistentlərin işi rotasiya sistemi (hər prosedurda kabinet və
assistent dəyişir) əsasında aparılır ki, bu da iş prosesində
yarana biləcək səhvlərin qarşısını almağa, personalın daha
məsuliyyətli və dəqiq işləməsinə şərait yaradır.
Mərkəzdə aşağıda qeyd edilən tibbi xidmətlər göstərilir:
• Check–up müayinə;
• Ağız boşluğunun gigiyenik təmizlənməsi (diş daşları və
piqment ləkələri);
• Dişlərin ağardılması;
• Estetik restavrasiyalar;
• Kariyesin müalicəsi;
• Endodontik müalicə (kanal müalicəsi);
• Keramik taxmalar (in lay, on lay);
• Vinir, luminir (Almaniya, İvoclar);
• Qapaqlar – metalkeramika – keramika, preslənmiş kera-
mika, zirkon (Almaniya, İvoclar) ;
• Protezlər – akril, neylon, valoplast, bügel və s.
Mərkəzdə uşaq stomatologiyasına xüsusi yer verilir.
Uşaqlarda ağrısız müalicə işləri uşaqların klinikaya həvəslə
gəlməsinə səbəb olur. ABŞ istehsalı olan müalicəvi plomb-
lardan və profilaktika vasitələrindən istifadə olunur. Profi-
laktika məqsədi ilə hermetizasiya (silant), remineralizasiya
(dişlərin kalsium və ftorla zənginləşdirilməsi) prosedurları
aparılır.
Tibbi xidmət zamanı sterilizasiya məsələlərinə xüsu-
si əhəmiyyət verilir. Amerika üsulu ilə aparılan sterilizasiya
aşağıda qeyd olunan beş mərhələdə həyata keçirilir:
• Tibbi alətlərin yuyucu məhlulda saxlanması;
• Axar su altında xüsusi fırça ilə təmizlənməsi;
• Ultrasonik aparatında dezinfeksiyası;
• Aftoklavda sterilizasiya (121°C, 134°C);
• Alətlərin reviziyası.
Mərkəzdə VİP kabinet, 8 prosedur otağı, rentgeno-
loji kabinet, texniki laboratoriya fəaliyyət göstərir. Bütün
avadanlıqlar dünyada lider sayılan SİRONA firmasına aid-
dir. VİP kabinetdə CEREC aparatının təqdim etdiyi CAD/
CAM sistemi quraşdırılıb. Bu sistem vasitəsi ilə müxtəlif
restavrasiyalar (keramik qapaqlar, körpülər, inley, onlay)
kliniki şəraitdə kompyuter texnologiyasının köməkliyi ilə
xüsusi proqram əsasında və 3D dizaynda hazırlanır. Bu da
pasientlərin vaxtına qənaət etməyə, qısa müddət ərzində
(1 saat) hazır diş konstruksiyalarını təqdim etməyə imkan
verir. Xidmət otaqlarında (kabinetlərdə) quraşdırılan Sİ-
RONA C4+ və C8+ avadanlıqları pasientlərə və həkimlərə
maksimum komfort təşkil edir. Avadanlıqda quraşdırılmış
viziograf (ağızdaxili kamera) vasitəsi ilə xəstələrə kliniki
halları monitor vasitəsilə (22 düymlüq ekran) ətraflı izah
etməyə imkan verir. Hər kabinetdə endodontik müalicə
üçün VDV gold cihazları quraşdırılıb. Bu cihaz vasitəsi ilə
kanal müalicəsi dünya standartlarına uyğun şəkildə aparılır.
SİRONA Orthophos XG plus DS/ceph panoram və tomoq-
rafik (bütün alt və üst çənə nahiyəsini, gicgah-çənə oyna-
ğını və burun ətrafı cibləri) çəkilişlər edə bilir və 12 proq-
ramı var. SİRONA Helident DS rəqəmsal dental rentgen
aparatı intraoral və dişləm halında (Bitening) rentgen edir.
Bu aparatın digər şirkətlərin istehsal etdiyi rentgen apa-
ratlarından əsas üstünlüyü onun təhlükəsizliyidir. Bu apa-
rat bütün təhlükəsizlik standartlarına cavab verir. Tubusun
başlıq hissəsinə xüsusi qurğu (kollegmator) yerləşdirilir ki,
bu da şüalanmanı məhdudlaşdırır. Bu rentgenlər əsasında
karies ən ilkin mərhələdə aşkar edilir və müalicə olunur.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Mərkəzi
Klinikanın Stomatologiya Mərkəzində beynəlxalq standar-
lara uyğun tibbi xidmət imkanları yaradılmışdır. Bu imkan-
lardan istifadə edərək xalqımıza layiq olduğu stomatoloji
xidmət göstərməkdən qürur duyuruq.
Zeynəb Qəmbər qızı Allahverdiyeva - 24 Oktyabr 1983-cü
ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan
Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə
daxil olmuş, 2007-ci ildə həmin universiteti bitirmişdir. 2008-
2009-cu illərdə Milli Onkologiya Mərkəzində Onkoloq ixtisası
üzrə İnternatura kursu keçmişdir. Bu müddət ərzində elmi konf-
ranslarda və simpozumlarda fəal iştirak etmişdir. 08.11.2010-cu
il tarixdə Azərbaycan Onkoloqları Elmi Cəmiyyətinin iclasında
məruzəçi kimi çıxış etmişdir. 2009-2010-cu illərdə Rusiya Fe-
derasiyası Rostov şəhəri Onkoloji Mərkəzində Onkoginekolo-
giya üzrə kurs keçmişdir. 2010-2011-ci illərdə Milli Onkologiya
Mərkəzində, 2011-2012-ci illərdə Avstriya Respublikası, Vyana
şəhəri Algenmine Krancenhouse Klinikasında Kimyaterapiya
üzrə kurs keçmişdir. Bu müddət ərzində "Bəd xassəli şişlərin
daha müasir üsullarla müayinə və müalicəsi" istiqamətində
təkmilləşmişdir. Hər il mütəmadi olaraq müxtəlif beynəlxalq
elmi konfranslarda iştirak edir. Bunlardan Avstriya Respublikası Vyana şəhərində “Krebstag”
və Türkiyə Cümhuriyyəti İzmir şəhərində keçirilmiş “EHOS ” konqreslərini xüsusi qeyd etmək
lazımdır. 2012-ci ildən Avropa Onkologiya Birliyinin (Europan Society of Oncology) üzvüdür.
2011-ci ildən Mərkəzi Klinikada həkim-onkoloq kimi fəaliyyət göstərir.
Könül Rəsul qızı Namazova – 17.06.1976-cı ildə Bakı
şəhərində anadan olmuşdur. 1999-cu ildə Pediatriya
fakültəsinə daxil olmuş, 2005-ci ildə həmin ixtisası bitir-
mişdir. 2005–2006-ci illərdə Azərbaycan Tibb Universite-
tinin Kliniki Tibbi Mərkəzində anesteziologiya-reanima-
tologiya ixtisası üzrə internatura keçmiş və 2007–ci ildə
Mərkəzi Klinikada uşaq anestezioloqu kimi işə başlamış-
dır. 2008-ci ildə Türkiyə Cümhuriyyəti Bursa şəhəri Uludağ
Universiteti Tibb Fakultəsinin Anestezioloqiya-Reanimato-
loqiya kafedrasında pediatrik-anesteziya üzrə 6 aylıq kurs
keçmişdir. Bu müddət ərzində “Neonatal Rezustasiya Kur-
su”, “Pediatrik EKQ Dəyərləndirmə kursu” və s. mövzülar
üzrə təkmilləşmə kurslarında iştirak etmişdir. 16.09.2009-
cu ildən 23.07.2010-cu il tarixinədək “Türkiyə Cümhuriyyəti
Sağlık Bakanlığı Şişli Etfal Eğitim və Araştırma Hastanesi
Baştabipliği” xəstəxanasında və “Türkiyə Cümhuriyyəti İs-
tanbul Universiteti Cerrahpaşa Tıp Fakültəsi” Anesteziologiya kafedrasında "Uşaqlarda
ümumi və regional anesteziya texnikalarının fərqli yönlərdə istifadəsi" üzrə kurs keşmişdır.
2010-cu ildən etibarən Mərkəzi Klinikada Əməliyyatxana şöbəsində həkim-anestezioloq
kimi fəaliyyətini davam etdirir. O, pediatrik anesteziya üzrə ixtisaslaşmışdır.
Dostları ilə paylaş: