Bəs, bu sahədə kadrların təcrübə toplaması üçün hansı
tədbirlər görülür?
- Bizim klinikada yenidoğulmuşların reanimasi-
ya şöbəsi 10 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində
personal mütəmadi olaraq müxtəlif ölkələrin qabaqcıl
universitetlərində (Türkiyə Cümhuriyyəti, Avstriya Respub-
likası, Almaniya Federativ Respublikası və digər ölkələrdə)
uzunmüddətli təkmilləşmə kurslarında təcrübə keçmişdir.
Bu təkmilləşmə kurslarında nəinki həkim-neonatoloqlar,
həmçinin dar ixtisaslar üzrə həkim personalı və tibb ba-
cıları hazırlanmışdır. Bu bir adamın yetişməsi demək deyil,
bunun üçün briqada yetişməlidir. Çünki burada iş 7 gün/24
saat davamlı getməlidir. Bu səbəbdən, neonatoloq-reani-
matoloqlarla birgə, bizim kardioloqlar, kardiocərrahlar,
uşaq cərrahları, neyrocərrahlar, oftalmoloqlar, nevropoto-
loqlarımız yetişdi. Bu gün demək olar ki, ən ağır vəziyyətdə
olan uşaqlar bizim klinikaya gətirilir və burada öz sağlam-
lıqlarına qovuşurlar.
Dostları ilə paylaş: |