missiya təşkil olunmuşdur. Əməliyyat
isə peşəkar mütəxəssis briqadası
tərəfindən icra edilmişdir.
Dünyada minlərcə insan xroni-
ki böyrək çatışmazlığı səbəbilə orqan
gözləyir. Orqan bağışlamanın istənilən
sayda olmamasına görə bəziləri bu
gözləmənin nəticəsində həyatını iti-
rir. Bəziləri isə, yaxınlarından aldığı or-
qanla həyatlarına davam edir. Dünya
əhalisinin sayı artdıqca xroniki böyrək
çatışmazlığı olan insanlar da artır. Eləcə
də Azərbaycanda hal-hazırda bir milyon
əhaliyə 450-550 böyrək çatışmazlığın-
dan əziyyət çəkən xəstə düşür.
Xroniki böyrək
çatışmazlığı nədir?
Xroniki
böyrək
çatışmazlığı
böyrəklərin işləməsinin yavaşlaması
və dayanması ilə əlaqədar olaraq qan-
da olan su, duz, və digər mineralla-
rın balansının pozulmasıdır. Böyrəklər
işləməyəndə elektrolitlər və artıq
mayelər bədəndə toplaşmağa başlayır
və bu maddələrin səviyyəsi yüksəldikcə
ölümcül nəticələr verə bilər. Böyrək ça-
tışmazlığı zamanı başlanğıc vaxtlarda
hər hansı bir əlamət müşahidə edilməyə
bilər, amma böyrəklərin funksiyaları
pozulduqca bədəndəki su və elektrolit
balansı pozulmağa başlayır, gücsüzlük,
nəfəs darlığı kimi ilk əlamətlər hiss edilir.
Bu zaman insanın ayaqlarından başlaya-
raq bədəndə şişlik əmələ gəlir. Böyrəklər
lazımi funksiyaları yerinə yetirə bilmədiyi
üçün sidik ifrazı çox az olur. Bundan
əlavə, böyrəklər hər cür vəziyyətə asan
uyğunlaşdığı üçün, böyrək çatışmaz-
lığının ciddi əlamətləri, böyrəklər tam
zərər görənə qədər ortaya çıxmaya bilər.
Böyrək çatışmazlığı həyati təhlükəsi və
yüksək məsrəfli olması səbəbilə çətin
bir xəstəlik olduğu üçün nə qədər erkən
diaqnoz qoyularsa, orqan itkisi və ölüm
riski o qədər aşağı olur. Buna görə
də böyrək çatışmazlığının başlanğıc
əlamətləri, diaqnozu, müalicəsinə uyğun
kriteriyaları bilmək həyati əhəmiyyət
kəsb edir. Son illərdə böyrək çatışmaz-
lığının rastgəlmə tezliyi getdikcə art-
maqda və yüksək ölüm riskinə səbəb
olduğundan ciddi bir səhiyyə problemi
halına gəlmişdir.
Xroniki böyrək
çatışmazlığı-nın əlamətləri:
1. Ürəkbulanma
2. Qusma
3. İştahasızlıq
4. Yorğunluq, zəiflik
5. Yuxu pozğunluğu
6. Sidik çıxışında dəyişikliklər
7. Əzələ zəifliyi və əzələ ağrıları
8. Yüksək təzyiq
Xroniki böyrək çatışmazlığı-
nın yaranma səbəbləri:
Xroniki böyrək çatışmazlığı müxtəlif
səbəblərdən yarana bilər. Ən çox
müşahidə edilən səbəb şəkər xəstəliyi,
yüksək təzyiq, nefritlər, uroloji səbəblər
və kistik böyrək xəstəlikləridir. Səbəblərin
sıxlığı ölkələrə görə dəyişir. Onların
içərisində 39 % şəkərli diabet, 26 % hi-
pertenziya və 11 % qlomerulonefritlər
üstünlük təşkil edir. Uşaq yaş qrupun-
dakı xəstələrdə isə böyrək çatışmazlığı-
na yol açan əsas səbəb vezikuloureteral
rekluks, təkrarlayan urinar infeksiyalar,
xroniki glomerulonefritlərdir. Yüksək
təzyiq fonunda böyrək içindəki na-
zik damarlarda tıxanıqlıq yaranır. Artan
qan təzyiqinə görə böyrəklər kiçilərək
funksiyasını itirir və böyrək çatışmaz-
lığı yarana bilir. Buna görə təzyiqə tez-
tez nəzarət olunmalıdır. Yüksək təzyiq
nəzarətə götürüldükdə böyrək çatış-
mazlığı riski xeyli aşağı düşür. Səbəbi
bilinən yüksək təzyiq xəstələri əsasən
böyrək xəstəliklərinə bağlı olur.
Risk faktorları hansılardır?
Xroniki böyrək çatışmazlığından heç
kim sığortalanmayıb. Daha doğrusu
bu xəstəliklə hər kəs üzləşə bilər. Təbii
ki, hər bir xəstəlikdə olduğu kimi bu
xəstəliyə də risk yaradan bəzi elementlər
vardır. Məsələn: diabet, yüksək təzyiq,
ürək problemləri, siqaret çəkmək, kök-
lük, qanda xolesterin səviyyəsi, ailədə
rast gəlinən böyrək problemləri, 65 və
ondan yuxarı yaşda olmaq.
Xroniki böyrək çatışmazlığına
necə diaqnoz qoyulur?
Xəstələrin çoxu erkən və ya orta
mərhələdə olub, bu mərhələlərdə
şikayətləri ya çox az və ya heç olmur.
Bu səbəblə bu cür xəstələrin diaqnozu
klinik müayinə, biokimyəvi analizlər və
sidik anazlizinə əsasən qoyulur.
Xroniki böyrək çatışmazlığı-
nın gedişatı necədir?
Son
vaxtlarda
xroniki
böyrək
xəstələrinin çoxunda böyrək çatışmaz-
lığı meydana çıxır. Bu xəstəliyin gedişatı
boyunca nefroloqun məsləhət gördüyü
vaxtlarda müayinə edilməli və şikayətlərdə
dəyişiklik olduğu halda dərhal müraciət
etmələri son dərəcə vacibdir.
Xroniki böyrək çatışmazlığı-
nın müalicəsi nədir?
Son vaxtlarda böyrək çatışmazlığının
müalicəsində 2 metod vardır:
Dostları ilə paylaş: |