Artıq yaz fəslinin küləkli günlərini yaşayırıq. Bu isə o
deməkdir ki, hava-damcı yolu ilə yayılan xəstəliklər art-
maqdadır. Bu xəstəliklərdən biri də uşaqlıq dövründə
daha çox rast gəlinən suçiçəyi xəstəliyidir. Suçiçəyi
xəstəliyi daha çox 5-10 yaşlı uşaqlar arasında yayı-
lan, qışın sonu və yazın əvvəllərində sıx müşahidə olu-
nan, çox yoluxucu, qızdırmalı, səpgilərin əmələ gəlməsi
ilə xarakterizə olunan kəskin virus mənşəli infeksion
xəstəlikdir. Mövsümi xarakter daşımasına səbəb virusun
günəşin ultrabənövşəyi şüalara davamsız olmasıdır.
Son statistik məlumatlara əsasən, Azərbaycanda 2012-
ci ilin ilk 3 ayı ərzində qeydə alınmış suçiçəyi xəstələrinin
sayı 3871 nəfər olub. 2010-cu ildə bu xəstəliyə yoluxan-
ların ümumi sayı 6963 nəfər idisə, 2011-ci ildə bu rəqəm
artaraq 10448 nəfər təşkil edib. Göründüyü kimi, bu
xəstəliyə yoluxanların sayı ildən-ilə artmaqdadır. Buna
görə də bəzi Avropa ölkələrində suçiçəyi xəstəliyinə qarşı
olan vaksin məcburi peyvənd təqviminə əlavə edilmişdir.
Suçiçəyi xəstəliyinin səbəbi nədir?
Suçiçəyinin törədicisi-Varicella zoster virusudur (VZV).
Bu virusa yalnız insanlar yoluxur və daşıyıcı olur. Virusun
həssas orqanizmlə ilkin təması zamanı özünü uşaqlarda
suçiçəyinin klinikası şəklində göstərir. Suçiçəyi xəstəliyi
keçirən uşaqlarda bu virus aktivləşərsə, kəmərləyici her-
pes xəstəliyi inkişaf edir.
Virus hansı yollarla yayılır?
Xəstəliyin yeganə mənbəyi insandır. Bu virus xəstə uşa-
ğın asqırması, öskürməsi ilə hava-damcı və səpgilərin
möhtəviyyatı ilə birbaşa kontakt yolla ötürülür. Virus hava
cərəyanı ilə ventilyasiya sistemindən bir mərtəbədən digər
mərtəbəyə ötürülür. Hamilə qadınlarda ciftdən dölə də keçir.
Xəstəlik nə zaman yoluxdurucu olur?
Xəstə ilk səpginin əmələ gəlməsindən 2-3 gün öncə
və bütün səpgilərin qabığa çevrilməsinə qədər yoluxucu-
dur. Keçirilmiş infeksiyadan sonra davamlı, ömürlük im-
munitet yaranır.
Xəstə uşaq ilə təmasdan 14-22 gün sonra ilkin
simptomlar əmələ gəlir. Bu əlamətlər qarın ağrısı, 37.5-
39C qızdırma, narahatlıq, iştahasızlıq, halsızlıq ilə özü-
nü biruzə verir. 24 saat sonra səpgi çəhrayı ləkə, sonra
qırmızı-çəhrayı qabarıq şəklində başlar, 1-2 saat sonra isə
yanmış dəri kimi - içərisində maye dolu möhtəviyyatlı
suluqcuqlar halını alır. Səpgilər ilk olaraq gövdədən baş-
layır, sonra baş və üzə yayılır, qollarda və ayaqlarda nadir
hallarda gorülür. Əlin içi və ayaqaltı səthdə səpgi olmur.
Suluqcuğun əmələ gəlməsindən sonra 24-48 saat içində
bu möhtəviyyat yoluxucu olur və çox zaman şəffaf, bəzən
qanlı və ya irinli də ola bilir. Bu suluqcuqlar çox qaşınan
və müxtəlif ölçüdə olur. Hər yeni səpgi elementi əmələ
gələndə temperatur arta bilər. Bütün səpgilər suluqcu-
ğa çevrilməyə bilər. Suluqcuqlar 3 sutka sonra qabığa
çevrilir. Qabıq dövrü yoluxucu deyil və sonrakı 5-10 gün
müddətə çapıq qoymadan keçir. Son çıxan səpgi qabıq-
lanana qədər - 7 gün ərzində yoluxucudur. Ağız boşlu-
ğunun selikli qişasında və cinsi orqan nahiyəsində də
səpgilər əmələ gələ bilər. Ağız boşluğundakı səpginin di-
varı zədələnsə, yerində aftalar əmələ gəlir ki, bu da aftoz
stomatit adlanır.
Xəstəliyin ağırlıq dərəcələri varmı?
Xəstəliyin yüngül forması tək-tək suluqcuqlarla, qızdır-
ma olmadan və ya suluqcuq əmələ gəlmədən də müşahidə
oluna bilər. Daha ağır hallar 2 yaşa qədər və böyüklərdə
ola bilər. Bu zaman suluqcuqların möhtəviyyatının irin-
li, qanlı, qeyri-şəffaf olması mümkündür. Ən ağır forma
generalizə olunmuş-yayılmış formadır. Bu zaman dəri və
selikli qişalarla yanaşı, daxili orqanlar da zədələnir, onlar-
da iltihabi əlamətlər qeyd edilir. Bu əlamətlərə daha çox
yaşlı, immun sistemi zəifləmiş, hormonal dərman qəbul
edən insanlarda rast gəlinir.
Uşaqlarda hansı ağırlaşmalar
mümkündür?
Ağırlaşmaların olmasına səbəb bu xəstəlikdən sonra
immun sisteminin zəifləməsidir. Daha çox suluqcuqların
qaşınması ilə ikincili infeksiya-stafilokok infeksiyasının
qoşulması və irinləmə ola bilər. Bu zaman qabıqdan son-
ra çapıq qala bilər. Nadir hallarda pnevmoniya (sətəlcəm),
orta qulaq iltihabı, beyin-beyincik iltihabı da ola bilər.
Səpgi əmələ gələndən 4 gün sonra qızdırma düşməyibsə
və ya öskürək, təngnəfəslik, qulaq ağrısı, yuxuya meyilli-
lik, müvazinətin pozulması (yeriyərkən səndələmə) kimi
şikayətlər varsa, mütləq həkiminizə müraciət edin!
Hamilələrdə suçiçəyi
Hamiləliyin I və II trismestrində bu virusa yoluxduq-
da döldə anadangəlmə (kongenital) suçiçəyi yaranır. Bu
zaman embriopatiya-baş beyin qabığının atrofiyası, hid-
ronefroz, ətraflarda sümük-dəri defekti və s. dəyişikliklər
yarana bilir. Bu klinikanın I trismestrində rast gəlmə tez-
liyi 0.7%, II trismestrdə 2% olsa da, III trismestrdə 0%-
dir. Əgər doğuşdan 5 gün öncə və ya 2 gün sonra anada
suçiçəyi klinikası müşahidə olunarsa, bu zaman yeni do-
ğulmuş körpədə su çiçəyinin klinikası (Neonatal varisella)
müşahidə edilir. Buna səbəb bu virusa qarşı əmələ gələn
anticisimlərin ciftdən ötürülmə zamanının qısa olmasıdır.
Diaqnoz nəyə əsasən qoyulur?
Diaqnoz aşağıdakı klinik əlamətlərə görə qoyulur:
- Polimorf səpgilər (eyni zamanda müxtəlif formalı
səpgi-qırmızı ləkə, qabarcıq, suluqcuq)
- Başın tüklü hissəsində, gövdədə, selikli qişalarda
- Səpgilərin qaşınan olması
- Qızdırma
Profilaktika məqsədilə nə etmək
lazımdır?
- Suçiçəyi xəstəliyi olan uşaqlarla təmasda olmamaq;
- Uşağın gigiyenasına, əllərini təmiz saxlamasına diqqət
yetirmək;
- Otağın havasını tez-tez dəyişmək;
- Passiv immunizasiya - bu, xəstəliyi keçirmiş insanla-
rın qanından alınan hazır antitellərlə aparılır. Xəstə ilə
təmasdan 96 saat ərzində immunoqlobin (VZiG) əzələ
daxilinə yeridilir. Bu immunoqlobin hamilə qadınlara
da vurula bilər. Suçiçəyi xəstəliyindən qorunma dövrü
2-4 həftədir.
- Aktiv immunizasiya - xəstə ilə təmasdan 72 saat
ərzində vurulur. Bu, canlı vaksindir və subkutan
(dərialtı) yeridilir. Planlı şəkildə də aparıla bilir. 2 doz
aparılır: I doz 12-15 aylıq, II doz 4-6 yaş arası uşaqlar-
da aparılır. Aktiv immunizasiya canlı vaksin olduğun-
dan hamilə qadınlara əks göstərişdir.
Xəstə uşağı nə qədər müddətə ətraf
mühitdən izolyasiya etmək lazımdır?
- Xəstə uşaqlar axırıncı qabıq düşənə qədər ictimai
mühitə çıxmamalıdır.
Müalicə metodları nələrdir?
- Qızdırma salmağa göstəriş və bunun üçün nə etmək
lazımdır? Əslində qızdırma qoruyucu bir reaksiyadır.
Əgər uşaq özünü yaxşı hiss edirsə, temperatur 38C-ni
keçmirsə və ya baş ağrıları yoxdursa, qızdırma salıcıya
ehtiyac yoxdur. Amma bu tip şikayətlər mövcüddursa,
o zaman Parasetamol tərkibli sirop və ya tabletlərdən
istifadə edilir. İbufen tipli qeyri-steroid iltihab əleyhinə
preparatlar da istifadə oluna bilər. Amma bu preparat
parasetamol kömək etməyəndə istifadə oluna bilər.
Çünki çox uşaqlarda ibufenə qarşı hiperhəssaslıq al-
lergik reaksiya, eləcə də allergiyaya meyilli uşaqlarda
bronxial astmaya təkan verə bilər. Aspirin isə qətiyyən
istifadə edilməməlidir. Əks təqdirdə Reye sindromu-
na (qaraciyər çatışmazlığı, ensefalit) və sonda komaya
səbəb ola bilir.
- Virusun qandakı miqdarını azaltmaq məqsədilə çoxlu
miqdarda maye qəbul edilməlidir.
- Dırnaqların kəsilməsi, hər gün duş almaq, yerli olaraq
səpgilərin qurudulması (Betadin məhlulu və ya brili-
ant yaşılı) yolu ilə ikincili infeksiyanın qarşısı alınır.
- Otaq temperaturu aşağı olmalıdır, əks təqdirdə
tərləmə artır, bu isə qaşınmanın artmasına səbəb olur.
- Qaşınma olarsa, antihistaminik preparatlar istifadə
edilir.
- Ağız içi səpgilərdə antiseptik məhlullarla qarqara (Lo-
roben)
- Daha ağır hallarda hazır immunoqlobin vena daxili
(İviG)
Dostları ilə paylaş: