1. Dializ müalicəsi - Bu üsul özü də
iki formada icra edilir. Hemodializ xəstə
qanının damardan alınaraq, təmizlənib
təkrar xəstəyə verildiyi sistemdir. He-
modializ üçün xüsusi tibbi aparatlar
istifadə olunur və xəstənin ehtiyacına
görə, həftədə 1-3 dəfə olur. Digər me-
tod isə periton dializidir ki, bu zaman
qarın boşluğuna verilən mayeyə zərərli
maddələrin keçməsi və daha sonra bu
mayenin boşaldılması ilə icra edilir.
2. Böyrək transplantasiyası isə, uy-
ğun canlı vericisi olan xəstələrdə həyata
keçirilir. Eyni zamanda bəzi ölkələrdə be-
yin ölümü keçirmiş xəstələrdən orqanları
alınaraq uyğun xəstələrə köçürülməsilə
də böyrək transplantasiyası həyata ke-
çirilir. Dünyada ilk dəfə böyrək trans-
plantasiyası əməliyyatını 1954-cü ildə
Joseph E. Murray etmiş, 1990-cı ildə isə
bu kəşfinə görə Nobel Tibb Mükafatına
layiq görülmüşdür. Böyrək transplanta-
siyası xroniki böyrək çatışmazlığının ən
ideal müalicə metodudur.
Olduqca sevindirici və qürürverici hal-
dır ki, artıq Mərkəzi Klinikada da böyrək
transplantasiyası uğurla həyata keçirilir.
Belə ki, mart ayında Ümumi Cərrahiyyə
şöbəsində növbəti uğurlu böyrək trans-
plantasiyası həyata keçirildi. 22 yaş-
lı xəstə böyrək çatışmazlığı səbəbilə
xəstəxanamıza müraciət etmişdi. Xəstə 6
yaşındaykən bir böyrəyi xəstəlik səbəbilə
cərrahi əməliyyatla çıxarılmış, bir il bun-
dan əvvəl isə səbəbi bilinməyən böyrək
çatışmazlığından ikinci böyrəyi də öz
funksiyasını itirərək xroniki böyrək ça-
tışmazlığı yaranmışdır. Son bir ildə xəstə
həftədə 3 dəfə olmaq şərtilə dializə
qəbul edib. Bu da xəstənin getdikcə
ümumi vəziyyətinin pisləşməsinə gətirib
çıxarmışdı. Aparılan müayinələrdən son-
ra böyrək transplantasiyasının vacibliyi
barədə xəstə məlumatlandırılmışdır. Bu
zaman xəstə donorunun olduğunu bil-
dirmişdir. Anasının qohumu olan 30 yaşlı
donor da xəstəxanaya müraciət edərək,
könüllü olaraq öz böyrəyinin birini qo-
humuna vermək istədiyini qeyd etmiş-
dir. Bundan sonra xəstənin və donorun
qanının eyni qan qrupu olmasını nəzərə
alaraq hər ikisinə geniş müayinələrin
aparılmasına başlanılmışdır. Aparılan
müayinələrin nəticəsinə əsasən, donorun
böyrəyinin xəstəyə köçürülmək üçün uy-
ğun olduğu müəyyənləşdirilmişdir. Apa-
rılan tam əməliyyatönü hazırlıqdan sonra
cərrahi briqadamız tərəfindən donorun
sol böyrəyi götürülərək xəstəyə köçürül-
müş və əməliyyat uğurla başa çatmışdır.
Hal-hazırda həm donorun, həm dfə
xəstənin ümumi vəziyyəti normaldır.
Xəstə artıq dializ qəbul etmir. Nefrolo-
qun nəzarəti altında mütəmadi olaraq
müayinələrə gəlir.
Dostları ilə paylaş: |