GöZƏLLİK İnsanin daxiLİNDƏDİR



Yüklə 161 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü161 Kb.
#1361
1   2   3   4
ƏZIZ OXUCULAR!

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ilə "Ayna" və "Zerkalo" qəzetlərinin birlikdə hazırladıqları "Femina" əlavəsinin ilk layihəsi artıq sona çatır.


Xatırlatmaq istərdik ki, "femina" əlavəsi artıq ikinci ildir müştərək layihə kimi "Zerkalo" qəzetində rus dilində dərc edilir. Mövzunun aktuallığını və oxucuların marağını nəzərə alaraq Gənc Hüquqşünaslar Birliyi və "Ayna" qəzeti bu il materialları Azərbaycan dilində də sizə çatdırmaq qərarını vermişdi.
Bu müddət ərzində yaradıcı kollektiv maraqlı məqalələrlə sizin görüşünüzə gəlib. Biz inanmaq istərdik ki, təqdim etdiyimiz materiallar ailədə, iş yerində yaşadığınız hüquqi və psixoloji problemlərin çözülməsində yardımçınız olub. Qeyd etmək istərdik ki, bu müddət ərzində Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin hüquqşünas və psixoloqları məhz sizin problemlərinizin həlli üçün işləyib. Yeri gəlmişkən, xatırladaq ki, "Etimad telefonu" öz fəaliyyətini davam etdirir. Siz əvvəlki kimi problemlərinizi çözmək üçün birliyin hüquqşünaslarının və psixoloqlarının köməyinə arxalana bilərsiniz.
Hesab edirik ki, oxucular üçün "Femina" buraxılışını hazırlayanlarla qiyabi tanışlıq maraqlı olardı. Yuxarıda qeyd etdiyimiz kimi, buraxılışımız bu ildən Azərbaycan dilində "Ayna" qəzetində nəşr edilir. Onun redaktoru "Ayna" qəzetinin əməkdaşı - müasir jurnalistikada öz dəst-xətti olan, istedadlı jurnalist Nailə İsmayılovadır. İxtisasca filoloqdur. Müxtəlif sahələri, xüsusilə də qadın probleminə, qadın ticarətinə həsr edilmiş yazılarıyla "Ayna" qəzetindən tanışsınız.
"Femina"nın "Zerkalo" qəzetində rus buraxılışının redaktoru Aybəniz Hətəmzadə "Zerkalo" qəzetinin əməkdaşıdır. Uzun illərdir mətbuatda maraqlı yazılarla çıxış edən A.Hətəmzadə də ixtisasca filoloqdur. Onun yazıları öz emosionallığı ilə seçilir. Siz bunu "femina" buraxılışında dərc edilmiş məqalələrdən artıq hiss etmisiniz.
Layihənin koordinatoru Güldiyar Əsədova Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədr müavinidir. İxtisasca hüquqşünas olan Güldiyar xanım layihə müddətində özünü jurnalist kimi sınayıb və bu sahədə bacarığını aşkar edib. "Ayna" və "Zerkalo" qəzetlərində çap olunan "Femina" əlavəsinin həmredaktorudur. Bu müsbət nəticənin siz də şahidi olmusunuz. Üstəlik G.Əsədova öz üzərinə layihəni davam etdirmək kimi məsuliyyət götürüb.
Layihə müddətində assistent kimi çalışan Nigar Məlikova da ixtisasca hüquqşünasdır. Bu müddət ərzində siz "Femina"nın səhifələrində onun maraqlı mövzuları əhatə edən məqalələrinin oxucusu olmusunuz.
Qeyd etmək istərdik ki, layihə boyu yaradıcı kollektiv arasında hökm sürən dostluq, hər kəsin işinə məsuliyyətlə yanaşması nəticənin uğurlu alınmasında önəmli rol oynayıb. Bütün bunlar üçün Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilova və "Ayna" və "Zerkalo" qəzetlərinin redaktor müavini Ceyhun Nəsibova təşəkkür edirik. Həmçinin Açıq Cəmiyyət İnstitutuna, xüsusilə də Qadın Proqramları Şəbəkəsinin əlaqələndiricisi Gülnarə Məmmədovaya minnətdarlığımızı bildiririk.
Ümid edirik ki, qısa fasilədən sonra "Femina" buraxılışı "Ayna" və "Zerkalo" qəzetlərinin səhifələrində yenidən görünəcək və sizi maraqlandıran mövzularda məqalələr təqdim edəcək.
Yenidən görüşmək arzusu ilə!

Yüklə 161 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin