to serve with the same sauce - pisliyə pisliklə cavab vermək;
What's sauce for the goose is sauce for a gander ayrıseçkilik salmaq olmaz;
To bring home the bacon - uğura çatmaq və s.
58
AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ
GEYİM ADLARININ KONTRASTİV TƏHLİLİ
Dahi ingilis yazıçısı Oskar Uayld demişdir: “Geyim və yaxud kostyum təkamül olaraq olduqca vacib və bəlkə də hər bir insanın ən əhəmiyyətli keyfiyyətlərini, məsələn adətlərini, ənənələrini və həyat tərzini əks edən mühüm əlamətdir”.
Həqiqətən, hər bir geyim öz zamanının güzgüsüdür və öz dövrünün ictimai-siyasi durumunu, məhsuldar qüvvələrin səviyyəsini və inkişafının xarakterini, mühüm mədəni və elmi nailiyyətlərini, insanların adət və psixologiyasını, onların estetik görüşlərini əks etdirir.
Müasir dövr insanların həm maddi, həm də mənəvi həyatında kəskin dəyişikliklərlə səciyyələnir, insanlar daim kamilliyə can atır, həyat tərzini daha rahat etməyə çalışırlar. Bunlar isə öz növbəsində insanların geyimlərində də dəyişikliklərə gətirib çıxarır. Son dövrdə dəbdə olduqca sürətli dəyişikliklər müşahidə olunur, dəb daim dəyişir və keyfiyyətcə yenilənir.
Dəbdə olan dəyişikliklər dillərə də öz təsirini göstərir: hər bir dil ya yeni sözü öz ehtiyatı hesabına yaradır ya da kalka və yaxud alınma sözlər vasitəsilə digər dillərdən alır, məsələn: Azərbaycan dilində işlənən sarı, cemper, jilet, kombinezon, jaket, pijama, şərf və sair söz
59
lər digər dillərdən (Hind-Avropa dillərindən) alınmadır. Ona görə də geyim adlarının müxtəlif sistemlərə aid olan Azərbaycan və ingilis dillərində müqayisəli tədqiqi müntəzəm olaraq həyata keçirilməlidir çünki bu problemin tədqiqi hər iki xalqın məişəti, mədəniyyəti, siyasi - iqtisadi və ictimai həyatını daha dolğun təsəvvür etməyə imkan yaradır. Digər tərəfdən geyim adları taksonomik qrupu daim dəyişir, inkişaf edir, bu da olduqca önəmlidir.
Qeyd etmək lazımdır ki, I.Məmmədovun etnoqrafik leksikaya aid doktorluq dissertasiyasında geyim adlarına müəyyən yer verilmişdir (13) və eləcə də “Azərbaycan- ca-rusca etnoqrafiya lüğətində (Tərtibçilər M.Qasımov,
Quliyev, İ.Məmmədov, S.Novruzova. Bakı, 1987) bəzi geyim adlan əks olunmuşdur. Bununla bərabər, Azərbaycan dilçiliyində V.İ.Qərənfilin “Qaqauz dilinin məişət leksikası (geyim və ayaqqabı adlan)” namizədlik dissertasiyası mövcuddur (30). Eyni zamanda B.R. Məmmədovanın “Azərbaycan dilində geyim adlan” mövzusunda yazdığı namizədlik dissertasiyası bu problemin araşdırıcılarına böyük töhfədir (Bakı,1991,145s).
Yuxarıda qeyd edilən əsərdə V.İ.Qərənfil qaqauz dilində geyim və ayaqqabı adlarının dil mənsubiyyətini müəyyənləşdirir, bəzi arxaik adların etimoloji interpretasiyasını verir və bu növ leksikanın zənginləşmə üsul və yollarını aydınlaşdırır. Lakin geyim adlarının iki müxtə- lifsistemli dillərə aid olan Azərbaycan və ingilis dillərində semantik tədqiqi indiyə qədər reallaşmamışdır.
Bizim tədqiqat isə Azərbaycan və ingilis dillərində
60
geyim adlarının leksik-semantik təhlilini aparmaq, onları semantik əlamətlərə görə kontrastiv - xarakteroloji səciyyəsini vermək və bu növ adların həmçinin linqvo- kulturoloji cəhətdən tədqiq etməkdən ibarətdir. Eyni zamanda geyim adlarının meydana gəlməsində hər iki dildə təzahür edən spesifik cəhətləri də təyin etmək olduqca maraqlı və aktual problem kimi meydana çıxır.
Hazırkı tədqiqatlarımızda biz geyim adlarını hər iki dildə polisistem hesab edərək onları hipero - hiponimik sıra şəklində aşağıdakı kimi əks edə bilərik: