Tətbiqetmə. İş dəftərinin 42-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI – Şeirin hansı misraları cümlə şəklində verilib? 1-ci sinifdə şagirdlərin cümlə ilə bağlı qazandıqları biliklər yada salınır. Şeirin hər misrası
ayrıca tələffüz olunmaqla həmin misranın cümlə olub-olmadığı izah edilir.
Motivasiya. Dərsliyin 59-cu səhifəsindən 3-cü tapşırıq yerinə yetirilir.
Kitab, dünya – ad bildirən sözlərdir, böyük, doğru – əlamət bildirən sözlərdir, güldürər, deyir – hərəkət bildirən sözlərdir.
Lövhədən şəkil asılır. Şəkildə boyları, geyimlərinin rəngi fərqli olan 3 uşaq çəkilib (1 qız,
2 oğlan). Uşaqlardan biri gülür, ikincisi danışır, üçüncüsü gül dərir.