Müəllimin nəzərinə: Ekskursiya tək və ya kollektiv surətdə muzeylərə, tarixi yerlərə, sərgilərə, şirkətlərə təşkil olunmuş gəzinti və ya səyahətdir. Ekskursiyanın məqsədi müxtəlif ola bilər: elmi, tədrisi, idman, əyləncəli və s. Ekskursiya zamanı obyektlərin nümayişi peşəkar ekskursovod tərəfindən yerinə yetirilir. Onun vəzifəsi ekskursiyada iştirak edənlərə həmin yerin və ya obyektin tarixi, dəyəri haqqında məlumat verməkdir. Ekskursiya iştirakçıları ek- skursant adlanırlar. Müəllim: – “Köçəri quşların qatarı” deyəndə nə başa düşürsən? Bu ifadənin işləndiyi cümlə ilə sonrakı cümlə arasında olan əlaqəni izah etməyə çalış. (Quşlar bir-birinin ardınca düzülmüş şəkildə uçaraq isti ölkələrə gedir. Onların sayı azaldığına görə səsləri də daha az eşidilir. Buna görə təbiət də qəmli görünür.)