СИНФИМИЗИН УШАГЛАРЫ 97
Дярслярин планлашдырылмасы
Mətnin üçüncü hissəsi oxunduqdan sonra şagirdlərin əvvəl söylədikləri fikirlərlə mətnin
sonluğu müqayisə olunur.
Müəllim: – Sizcə, Toğrulun anası kompüteri danışan görsəydi, kimə haqq qazandırardı? (Toğrulun anası kompüteri danışan görsəydi, kompüterə haqq qazandırardı. Çünki bilirdi ki, oğlu kompüter oyununa çox vaxt ayırırdı. Bu da onun sağlamlığına ziddir.) – Kompüterdən düzgün istifadə qaydalarından hansılarını deyə bilərsiniz? Şagirdlər informatika fənnindən əldə etdikləri biliklərə əsasən kompüterdən düzgün isti -
fadə qaydalarını sadalayırlar.
1-ci tapşırıq yerinə yetirilir:
əl çəkmirdi – rahat buraxmırdı
gözləri böyüdü – təəccübləndi
ayağını sürüyə-sürüyə – həvəssiz
2-ci tapşırıq yerinə yetirilir:
1. Toğrul dərs oxumaq istəmirdi, çünki kompüter oyunlarından əl çəkə bilmirdi.
2. Toğrul qorxdu, çünki kompüter insan kimi danışmağa başladı.
3. Toğrulun anası bu hadisəni görmədi, çünki hər şey Toğrulun gözünə görünürdü.
Mətnin hissələrinə başlıqlar verilməklə plan tutulur: