Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 75-ci səhifəsindəki nəzəri hissə oxunur, izah olunur. 5-8-ci
tapşırıqlar yerinə yetirilir.
Nəticə: Cümlənin əvvəlində gələn sözlər, insan adları, soyadlar, yer (şəhər, dağ, dəniz və s.)
adları, eləcə də heyvanlara verilən adlar böyük hərflə yazılır. Nəticə yazı taxtasında sxem
şəklində göstərilir:
Tətbiqetmə. İş dəftərinin 54-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Yazı. İfadə mətni:
Ev tapşırığı. Turalın xarakterini təsvir edən kiçik esse yazın. Yerindən asılı olaraq həm
böyük, həm də kiçik hərflə yazılan 5 sözü hər iki halda cümlədə işlədin.
Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Şəhər
Dəniz
Çay
Dağ
Adam
Söz cümlənin
əvvəlində işlənəndə
Heyvanlara
verilən adlar
Çay, dəniz, göl
adı bildirən sözlər
Böyük hərf Yer, ölkə adı
bildirən sözlər
İnsanın adı,
soyadı
Evimizin yanında
Təzə bir ev tikilir,
Dövrəsində xeyli gül,
Xeyli ağac əkilir...
Bir bayram axşamında
Köçdü ora adamlar.
İndi bizim nə qədər
Təzə dostlarımız var...
B. Adil