– Sabahınız xeyir, saat 12-nin yarısıdır.
– Çox sağ olun.
– Buyurun.
Nəticə: Nitq etiketlərinin insanlarla münasibətlərin qurulmasında böyük rolu var. Nitq
etiketlərindən düzgün istifadə etmək vacibdir.
Tapşırıq 9. Nöqtələrin yerinə
rəsm, klub, plan sözləri yazılmaqla cümlələr köçürülür.
10-cu tapşırıq yerinə yetirilərkən yaxşı olardı ki, hər söz yazıldıqca onun sualları səslən -
dirilsin.
Dərsin sonunda müəllim mövzunun necə mənimsənildiyini
öyrənmək məqsədilə sinfə
müraciət edir (refleksiya):
– Bu gün biz nədən danışdıq?
– Özünüz üçün faydalı nə öyrəndiniz?
– Hər biriniz mövzu ilə əlaqədar düşündüyünüzü bir cümlə ilə ifadə edin.
Sonra 2 şagird bu fikirlərin siyahısını tərtib edir.
Ən dəyərli hesab edilən fikirlər vatman kağızına yazılır və divardan asılır:
– Nəzakətli ol ki, başqaları da səninlə münasibət yaratmaqdan məmnun qalsın.
– Həmişə qayğıkeş ol.
– Rastlaşdığın adamla salamlaş.
– Sənə köməklik ediləndə minnətdarlığını bildir.
– Gedərkən sağollaş.
– Narahatlıq yaratma. Gedərkən hara getdiyini, nə vaxt gələcəyini söylə.
– Tərslik etmə. Sənin tərsliyin başqalarını narahat edə bilər.
İş dəftərinin 56-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dostları ilə paylaş: