Müəllim: –
Heyvanların qorunma vasitələri müxtəlifdir. Öyrəndiyin məlumatları cədvəl
forma sında dəftərində yaz. Daha hansı əlavələr edə bilərsən?
Nəticə:
Əlamət bildirən sözlər əşyaların rəngini,
ölçüsünü, qoxusunu, dadını, formasını
bildirir.
Bu sözlər necə? nə cür? hansı? suallarına cavab verir. Ad bildirən sözlərlə bağlı olur,
onların necəliyini bildirir.
Tətbiqetmə.
İş dəftərinin 64-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar
yerinə ye-
tirilir.
Yazı. Hüsnxət. “I” hərfi. İş dəftəri, səh. 60.
Ev tapşırığı:
– Dərsliyin 86-cı səhifəsindəki 7-ci tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 40. ŞİR VƏ SİÇAN (2 saat)
Motivasiya.
– “Yaxşılıq elə, yerdə qalmaz” atalar sözünü necə başa düşürsünüz?
Tədqiqat sualı:
– Təmənnasız yaxşılıq nə deməkdir?
Dostları ilə paylaş: