Ev tapşırığı: – Şeirin ilk altı misrasını dəftərinizə köçürün. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 39. HEYVANLAR NECƏ QORUNURLAR (4 saat)
Motivasiya. Müəllim: – Canlılar dedikdə nə nəzərdə tutulur? Cansızları canlılardan ayıran nə kimi xüsusiyyətlər var? Yaşamaq üçün canlılara nə lazımdır? (hava, su, qida, isti-
lik, düşməndən qorunmaq)
Tədqiqat sualı: – Canlılar ətraf mühitə necə uyğunlaşırlar? Köməkçi sual: – Sizcə, canlılar necə qorunurlar? Ad bildirən sözlər
Əlamət bildirən sözlər
Hərəkət bildirən sözlər
şir
qorxulu, hirsli
yatır, nərildəyir, qaçır
Məzmun standartları Təlim məqsədləri 1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini
söyləyir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
Mətndən öyrəndiyi yeni sözlərin mənasını
izah edərək onları bir məna qrupuna aid edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını izah
edir, onların yaxınmənalı qarşılığını müəy
-
yənləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki fikirləri tamamlamaqla məzmunu
mənimsədiyini nümayiş etdirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və öz
münasibətini bildirir.
3.1.1. Yazısında sadə hüsnxət normalarına
riayət edir.
“I” hərfini hüsnxət normalarına uyğun yazır və
digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Müşahidələri əsasında topladığı məlumatları
ümumiləşdirib yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri müəyyən edir.