Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Dəvənin görünüşü haqqında bildiklərinizi yazın. II qrup. İnsanlara faydası barədə bildiklərinizi yazın. III qrup. Venn diaqramı verilir.
At olan yerdə dəvəyə ehtiyac varmı? Atla dəvənin oxşar və fərqli xüsusiyyətlərini yazın. IV qrup. Dəvə necə qidalanır? Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərslikdən hər iki mətn oxunur. Şagirdlərə suallarla müraciət olunur: – Birinci mətnə əsasən dəvənin xarici görünüşünü təsvir edin. – Günlərlə ac qalan dəvənin dözümlülüyünə səbəb nədir? – Yadınıza salın, dəvə düşmənlərindən necə qorunur? – Dəvənin ayaqlarının qumda batmamasının səbəbi nədir? – Dəvənin xeyri nədir?