Tətbiqetmə. İş dəftərinin 63-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI Motivasiya. Dərsliyin 86-cı səhifəsindən 4-cü tapşırıq yerinə yetirilir. Mətndə göy rənglə
verilmiş “Şimal tülküsünün tükləri qışda ağ və qalın, yayda isə seyrək və qəhvəyi rəngdə olur” cümləsində əlamət bildirən sözlər seçilir. (ağ, qalın, seyrək, qəhvəyi)
Müəllim şagirdlərə bir-birinə bənzər iki şəkil (rəng, ölçü, forma fərqləri olan) göstərir.
Köməkçi sual: – Bu şəkillər bir-birindən nə ilə fərqlənir? (Şagirdlər fərqləri sadalayırlar.)
Tədqiqat sualı: – Varlıqlar bir-birindən hansı xüsusiyyətlərinə görə fərqlənir?