Suallar: – Sizcə, evdə nə üçün Pərvizə belə bir münasibət bəsləyirlər?
– Görəsən, qoca nə üçün fikrə getdi?
– Sizcə, qoca kişi Pərvizə nə məsləhət verəcək?
Şagirdlərin cavab versiyaları
dinlənilir, sonra mətnin davamı
I hissənin sonunadək oxunur
və şagirdlərin versiyaları ilə müqayisə olunur.
Müəllim:
– Sizcə, Pərvizin qulağına qoca nə pıçıldadı?
– Pərviz haqqında nə deyə bilərsiniz?
– Mətndə hansı ifadələr onun kobud olduğunu göstərir?
Şagirdlərin cavabları dinlənilir.
Qruplarla iş. Şagirdlər 4 qrupa bölünür və hər qrup hekayənin davamı ilə bağlı öz
variantını hazırlayıb təqdim edir (2-ci tapşırıq).
1-ci tapşırıq yerinə yetirilir. 3-cü və 5-ci cümlələrin mətnin məzmununa uyğun olmadığı
müəyyən edilir.
3-cü tapşırıq yerinə yetirilir. Lüğətdən istifadə etməklə səhv yazılan sözlər düzgün yazılır:
flomaster, qayıq, saqqal.
Mətnin 2-ci və 3-cü hissələri müəllim tərəfindən 4 yerə bölünür və 4 qrup arasında
paylanır. Qruplar hissələri oxuyur və səhnələşdirməklə təqdim edirlər. 1-ci
qrup Pərviz və
Leyla; 2-ci
qrup Pərviz və nənə; 3-cü qrup Pərviz və qardaşı arasındakı dialoqu; 4-cü qrup-
dan 2 nəfər (onlardan biri Pərviz obrazında, digəri isə aparıcı rolunda oynayır)
mətnin so-
nuncu 2 abzasını səhnələşdirir (5-ci tapşırıq).
Dostları ilə paylaş: