Ev tapşırığı.
Dərsliyin 76-cı səhifəsindəki 1-ci tapşırığı yerinə yetirərək elan yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 35. SEHRLİ SÖZ (6 saat)
Motivasiya.
Topla oyun. “
Mən beş nəzakətli söz bilirəm” (oyun
“Söz assosiasiyaları”
üsulu ilə aparılır). Uşaqlar topu bir-birinə ötürərək “sehrli sözlər” (nitq etiketləri) söyləyirlər:
– Zəhmət olmasa...
– İcazənizlə...
– Çox sağ ol...
– Təşəkkür edirəm...
– Xahiş edirəm...
Müəllim: “
Kim 5-dən çox nəzakətli söz deyə bilər?” söyləməklə uşaqların fəallığını daha
da artırır və onlar əlavə nitq etiketləri söyləyirlər:
– Məmnuniyyətlə...
– Üzr istəyirəm...
– Bağışlayın...
Bu ifadələri əlaqələndirməklə fikir, yaxud ideya formalaşdıraq.
Belə bir fikir formalaşdırmaq olar: “
Bu ifadələrdən istifadə edən adamla ünsiyyət qurmaq
xoş olar”.
Mətnin 1-ci hissəsi “Mən sehrbazam” cümləsinə qədər oxunur və müəllim soruşur:
“Sizcə,
qoca düz deyirdi?”
Şagirdlərin “Xeyr” cavabından sonra
“Bəs Pərvizə nə olduğunu qoca haradan bildi?” sualı
verilir. Cavablar dinlənilir. Bundan sonra mətnin davamı “Qoca uzun saqqalını tumarlayıb
fikrə getdi” cümləsinə qədər oxunur.
Dostları ilə paylaş: