III. Meymunun şirdən gətirdiyi xəbər. 6. Şirin istəyi 7. Tülkünün sevinci IV. Zəifləmiş şir 8. Şirin etirafı 9. Şad-xürrəm həyat sürən sakinlər 10. Ceyranın təklifi V. Yamanlığa yaxşılıq 11. Ceyranla razılaşan heyvanlar 12. Şir zalımlığa son qoydu 13. Hamının dostu Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Lövhədə mətnin illüstrasiyaları ardıcıl düzülür.
Tutulmuş plana görə mətn nəql olunur.
Tapşırıq 1. Mətnin məzmununa “A” variantındakı atalar sözü uyğun gəlir.
Tapşırıq 2. 1-ci hissə – B, 2-ci hissə – D, 3-cü hissə – Ç, 4-cü hissə – A, 5-ci hissə – C
şəklinə uyğun gəlir.
Tətbiqetmə. İş dəftərinin 88-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Meşə kralının öz səhvini başa düşdüyü hissəni tapıb dəftərinə köçür.
Nəticə: İnsan nə qədər güclü olsa da, müəyyən məqamlarda köməyə ehtiyacı olur. Ona
görə də güclü olan vaxt zəifləri incitmək olmaz.
Dil qaydaları. Tapşırıq: – Cədvəlin I sütununa mətndə adları çəkilən heyvanların adlarını,
II sütununa I hissədə işlənən əlamət bildirən sözləri, III sütununa isə IV hissədə işlənən
hərəkət bildirən sözləri yazın.