Tədqiqatın aparılması . Dərsliyin 43-cü səhifəsindəki nəzəri hissə
oxu nur. 8-10-cu
tapşırıqlar yerinə yetirilir.
Məlumat mübadiləsi . Yerinə yetirilmiş tapşırıqlar müzakirə olunur.
Nəticə: Bəzi sözləri tələffüz edərkən iki sait arasına bir samit əlavə olunur.
Tətbiqetmə. Şagirdlərə elə sözlər tapıb cümlə daxilində işlətmək tapşırılır ki, bu sözlərdə
tələffüz zamanı yanaşı işlənən saitlərin arasına bir samit əlavə olunsun.
Ev tapşırığı. “Sehrli torba” nağılının təhlilini aşağıdakı plan üzrə danışın:
1. Hadisələr harada baş verir?
2. Nağılın baş qəhrəmanı kimdir?
3. Nağılda başqa hansı obrazlar var?
Qiymətləndirmə. Müəyyən edilmiş meyarlara və tədqiqata əsasən aparılır.
Dərs 18. YAŞIL FİNCAN (4 saat)
Motivasiya. Müəllim: –Təsəvvür edin ki, tənəffüs zamanı sinif otağında qaçarkən pəncərə qar şı sındakı dibçəyə toxunursunuz və gülün iri bir budağını sındırırsınız. Bunu heç kim gör-