Tədqiqatın aparılması. Qruplarla iş. I qrup. Şəkildə gördüyünüz əşyaların adlarını deyin və yazın. Fərqi deyin. Şəkillər: pələng, çərpələng, çələng II qrup. Şəkildə gördüyünüz əşyaların adlarını deyin və yazın. Fərqi deyin. Şəkillər: papaq, bayraq, daraq, qayıq, balıq III qrup. Şəkildə gördüyünüz əşyaların adlarını deyin və yazın. Fərqi deyin. Şəkillər: ağac, kərpic, çəkic, qılınc, balınc IV qrup. Şəkildə gördüyünüz əşyaların adlarını deyin və yazın. Fərqi deyin. Şəkillər: dörd rəqəmi, bulud, qanad, armud Məlumat mübadiləsi və müzakirənin təşkili. Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərslikdən nəzəri hissə oxunur, 4-cü tapşırıq yerinə yetirilir.
Nəticə: Sözlərdə bəzən d-t, g-k, c-ç, b-p hərfləri səhv salınır. Düzgün yazılışı bilmək üçün
onların sonuna sait artırılır.
Tətbiqetmə.