Tətbiqetmə. “Kim daha çox?” oyunu Müəllim: – “Etiraf etmək” insanlara məxsus yaxşı keyfiyyətlərdən biridir. Gəlin indiyədək etdiyiniz və ya etmədiyiniz etirafları söyləyək. Əvvəlcə fikirləşmək üçün sizə bir dəqiqə vaxt verilir. Vaxt bitdikdən sonra əlimdəki topu kimə atacağamsa, birinci olaraq həmin adam eti- raf edəcək. Oyunun sonunda müəllim uşaqlara müraciət edir:
– Etiraf etdiniz. İndi özünüzü necə hiss edirsiniz? Şagirdlərin cavablarından sonra müəllim şagirdlərə müraciət edir:
– Gəlin çalışaq ki, səhv hərəkət etməyək. Səhv hərəkət etməriksə, etiraf etməyə ehtiyac qalmaz.