Dərs 19. DOSTUM LƏTİF (4 saat)
Motivasiya.
Müəllim:
– Kim öz dostu haqqında bizə məlumat verə bilər?
Şagirdlərdən bir neçəsi dostları haqqında məlumat verir. Onlar danışdıqca
müəllim
aşağıdakı sualları verir:
– Dostunun ad günü nə vaxtdır?
– Onun adının mənası nədir?
– Sən öz adının mənasını bilirsən?
– Kimə babasının və yaxud nənəsinin adı qoyulub?
– Nə üçün uşaqlara babasının, yaxud nənəsinin adı qoyulur?
Şagirdlərin mülahizələri dinlənilir.
Dərsliklə iş. Dərsliyin 46-cı səhifəsindəki mətn oxunur və təhlil olunur. Şagirdlər 1-ci
tapşırığı yerinə yetirməklə mətni diqqətlə oxuduqlarını nümayiş etdirirlər.
Suallar:
– Siz böyüyəndə kim olmaq istərdiniz?
– Bunun üçün nə etmək lazımdır? (oxumaq)
Dostları ilə paylaş: