Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup. Sizcə, doğrudanmı, bağban bağda dəfinə basdırmışdı?
II qrup. Niyə ata dəfinənin yerini oğullarına demədi?
III qrup. Bağbanın oğulları haqqında nə deyə bilərsiniz?
IV qrup. Sizcə, oğullar bundan sonra nə edəcəklər?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliyin 51-ci səhifəsindən mətnin II hissəsi oxunur və qrupların
gəldiyi nəticələrlə
müqayisə olunur.
– Bağbanın dediyi dəfinə nə idi?
– Bağbanın oğlanlarına dəfinə basdırdığını söyləməsini yalan adlandırmaq olar?
– Bağbanın vəsiyyətinə əməl edən oğulların həyatda qazandıqları nə oldu?
Dərsliyin 51-ci səhifəsindəki 2-3-cü tapşırıqlar yerinə yetirilir. 2-ci tapşırıqda verilən sözlər
arasındakı uyğunluq müəyyən olunur:
1 – C,
2 – A,
3 – Ç,
4 – B
3-cü tapşırıqdakı atalar sözlərində sözlərin ardıcıllığı bərpa olunur:
1. Atalar nə əkiblər, oğullar onu biçiblər.
2. İstəyirsən bal-çörək, al əlinə bel-kürək.
3. Yağmadı yağış, bitmədi qamış.
Oxunan atalar sözlərindən 2-cisinin mətnin məzmununa daha çox uyğun gəldiyi qeyd
olu nur.
“Bağban və oğulları” mətninin hissələrinə başlıqlar verilir. Mətnin planı
tutulur və plana
uyğun nəql olunur.
I hissə. Bağbanın vəsiyyəti
1. Bağa baxmayan (yaxın düşməyən) oğullar
2. Atanın vəsiyyəti
II hissə. Varlanan oğullar
3. Kor-peşman evə dönən oğullar
4. Var-dövlət sahibi olan oğullar
Nəticə:
İnsan uşaqlıqdan zəhmətə alışmalıdır. Əsl var-dövlət zəhmətlə əldə edilir.
Tətbiqetmə.
Müəllim şagirdlərin yaradıcı təxəyyülünü genişləndirmək məqsədilə aşağı -
dakı sualı verməklə onları danışmağa yönəldir:
–
Təsəvvür edin ki, bağban, doğrudan da, bağda dəfinə basdırıb və oğulları yeri qazarkən
bu dəfinəni tapıblar. Belə olsa idi, sizcə, hekayə necə davam edərdi? (5-ci tapşırıq. Bu
tapşırığın icrası cütlərlə və ya qruplarla iş kimi də verilə bilər.)
Şagirdlər öz fərziyyələrini irəli sürürlər.
İş dəftərinin 36-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Dərslikdəki mətnin sonuncu abzasını üzündən köçürmək tapşırılır.
Dil qaydaları. Tapşırıq 6. Bu tapşırıqda şagirdlər lüğətdən
istifadə etməklə nöqtələrin
yerinə
“n” və “m” hərflərindən uyğun gələnini yazırlar.
İş dəftərinin 36-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
ЫЫ бюлмя
72
Дярслярин планлашдырылмасы
Çap üçün deyil