Fənlərarası inteqrasiya (həyat bilgisi) – Köçəri quşlar hansılardır? Soyuqların düşməsi və qida qıtlığının başlaması ilə bəzi quşlar qışı daha isti keçən və
qida baxımından zəngin olan ölkələrə uçurlar (qaranquş, leylək, sağsağan, çöl ördəyi və
qazları və s.)
Təmiz, aydın, mehriban, qəmli, həyəcanlı, soyuq sözlərinə yaxınmənalı və əksmənalı
sözlər tapılıb cədvəldə yazılır.
Dərsliyin 60-cı səhifəsindəki 1-3-cü tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. “Şirin uşaq” ifadəsindəki şirin sözü uşağın mehriban, sevimli olmasını, “şirin alma” ifadəsindəki şirin sözü isə almanın dadını bildirir.
İkinci ifadədə “şirin” sözü həqiqi mənada işlənmişdir. Daha nə şirin olur? (şirin çay, şirin tort, şirin söz, şirin körpə) Bunlardan hansı həqiqi, hansı məcazi mənada işlənmişdir?
Tapşırıq 2. “Həyəcanlı səma” ifadəsindəki həyəcanlı sözü səmanın üzünün qaralmasını,
buludların dolmasını, yağış yağacağını; “mehriban səma” ifadəsindəki mehriban sözü
səmanın üzünün aydın, günəşli olmasını bildirir.
Tapşırıq 3. “Acı dil” ifadəsi kobudluq, “böyük ürək” ifadəsi səmimiyyət, əliaçıqlıq bildirir.
Qruplarla iş. Müəllim hər qrupa üzərində müxtəlif şəkillər olan vərəqlər paylayır. Şagird -
lər vərəqdə təsvir olunan şəkillərin onlarda doğurduğu hisləri ifadə etməyə çalışırlar.