Tədqiqatın aparılması. Diskussiya aparılır. Sonda müəllim idman yarışlarında iştirak
edən əlillərin şəkillərini nümayiş etdirir.
Məlumat mübadiləsi və müzakirənin təşkili. Dərsliklə iş. Mətnin birinci hissəsi oxunur,
təhlil olunur. Suallar verilir:
– Raminin gözlərində nə üçün kədər var idi? – Nə üçün anası Raminin pəncərə qabağında çox oturmasını istəmədi? Oxunan hissəyə “Kədərli baxışlar” başlığı verilməklə həmin hissənin planı tutulur:
1. Raminin keçirdiyi hislər 2. Ana qayğısı (ananın köməyi) Yazı. Mətndən ananın oğluna qayğısını göstərən hissə dəftərə köçürülür.