Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərinə qeyd edirlər.
I qrup. 1. Təkdə verilmiş sözləri cəm halda işlədin. Onları sxem üzrə qruplaşdırın.
Sözlər: ağac, böcək, quş, körpə, göbələk, vərəq, armud, şagird, kitab, dəftər,
meşə, ayı, gül.
2. Aşağıda cəmdə olan sözlərin deyilişi verilib. Onların düzgün yazılışını müəyyən
edin.
kəntdər, şəhərrər, qızdar, atdar, odunnar, narrar, oğlannar, dişdər, otdar,
-lar
-lər
СИНФИМИЗИН УШАГЛАРЫ
91
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
günnər, şarrar, oyunnar, zərrər, tarrar
II qrup. 1. Verilən mətndən cəmdə işlənən sözləri seçib onları təkdə işlədin.
2. Mətndəki cəmdə işlənən sözlərin deyiliş formasını müəyyən edin.
III qrup. 1. Verilmiş sözlərdən cəmdə olanları təkdə, təkdə olanları isə cəmdə işlədib
yazın.
kəndlər, quşlar, uşaq, şəhərlər, kitablar, alma, vərəq, boşqablar, səkillər, nağıl.
2. Sözlərin yazılışı və deyilişini 2 müxtəlif sütunda yazın.
şəhərrər, odunnar, oğlanlar, dənnər, konfetlər, şəhərlər, oğlannar, vaqonnar,
odunlar, dənlər, konfetdər, vaqonlar
IV qrup. 1. Sözlərdən hansı cəmdə, hansı təkdədir? Qruplaşdırıb cədvəldə yazın.
Sözlər: 5 şagird, şəkil, vərəqlər, 3 gilas, əhali, uşaq, paltar, camaat, söz, heyvan,
xalq, şir, evlər, qələm.
2. Mətndəki səhvləri düzəldin. Səhvin nədən ibarət olduğunu izah edin. (-lar, -lər
şəkilçisinin səhv yazıldığı mətnlər verilir.)
Dostları ilə paylaş: |