işini sabaha qoyma” atalar sözünə uyğun gəlir.
Dinləmə mətni. Müəllim yazı taxtasında yazılan iki cümlədən birini seçməyi tapşırır:
1. Evdə dərslərinizə hazırlaşırsınız, çünki müəllim sizdən sabah dərs soruşa bilər. 2. Müəllimin sizdən sabah dərs soruşub-soruşmayacağından asılı olmayaraq evdə hər gün dərslərinizə hazırlaşırsınız. BƏXTİ GƏTİRMƏYƏNLƏR Tolya və Kolya bir sinifdə oxumasalar da, dostluq edirlər. Çox zaman onlar dərsə birlikdə gedirlər. Bu gün Tolya çox narahatdır: – Çox güman ki, müəllim məni dərs danışmağa çağıracaq. Gərək bir də təkrar edim… – Mən isə dərslərimi heç hazırlamamışam! – deyə Kolya lovğalanır. – Məndən müəllim onsuz da soruşmayacaq! – Niyə? – İki gün əvvəl cavab vermişəm! Məktəbdən sonra uşaqlar yenə birlikdə evə qayıdırlar. Hər ikisinin qanı qaradır. Tolya şikayət edir: – Bütün dərsi əlimi qaldırdım, amma müəllim heç məndən dərs soruşmadı… Bəs səndən? – Mənim də bəxtim gətirmədi, – deyə Kolya ah çəkdi. – Niyə? – Müəllim lövhəyə çağırdı... B.Krekotin Mətndə işlənilən “bəxti gətirmək”, “ah çəkmək” ifadələri izah olunur:
bəxti gətirmək – şanslı olmaq, çətinə düşmədən uğur qazanmaq; ah çəkmək – kədərlənmək, inləmək. Sual: – Dərslikdəki mətn ilə dinlədiyiniz mətnin ifadə forması bir-birindən nə ilə fərqlənir? (I mətn – şeir, II mətn – hekayədir)