СИНФИМИЗИН УШАГЛАРЫ Sinifdə hər iki variantı seçən uşaqlar ola bilər. Bununla bağlı debat keçirmək, şagirdləri
arqumentlər gətirməyə həvəsləndirmək məqsədəuyğun olardı.
Dərsliklə iş. Şeir üç şagird tərəfindən (iki oğlan və aparıcı) müvafiq jest və mimikalardan
istifadə edilməklə oxunur.
Tapşırıq 1. Cavab “B” variantıdır.
Qeyd. Müəllim məlumat verir ki, şeirin misraları qafiyələndiyi və misralardakı hecaların
sayı çox vaxt eyni olduğu üçün bəzi sözlər tələffüzə uyğun yazılır (məs.: bilmirəm – neylirəm,
o birsi – dərsi).
Suallar: – Əsər qəhrəmanları haqqında nə deyə bilərsiniz? Hansı oğlan daha çox xoşunuza gəldi? 2-ci tapşırıq yerinə yetirilir. Göy rəngli misralar şeirdəki əsas fikri ifadə edir və “Bu günün