94
ЫЫЫ бюлмя
Tətbiqetmə.
İş dəftərinin 51-ci səhifəsindəki
“Bulud” mətni oxunur, mövzu ilə bağlı
tapşırıqlar yerinə yetirilir.
Sual və tapşırıqlar:
– Nə üçün eyni buluda baxan uşaqlar onu müxtəlif cür görürdülər? Buradan hansı
nəticəyə gələ bilərsiniz?
–
“Sevinci yerə-göyə sığmırdı” ifadəsini necə başa düşürsən? Bu cümlədəki fikri daha
necə ifadə etmək olar?
– Çoxlu qara buludların olduğu səma haqqında “aydın, mavi” demək olarmı? Bəs belə
səmanı necə adlandırmaq olar? Göy üzünü qara buludların alması hansı təbiət hadisəsindən
xəbər verir?
“Bulud” və “İki güzgü” mətnləri müqayisə olunur. Fərziyyələr dinlənilir.
Sual:
– “İki güzgü” və “Bulud” hekayələrinin məzmununda hansı oxşarlıq var? (Hər iki
hekayədə dərsdən aşağı qiymət alması əsərin qəhrəmanının kefini pozur.)
Yazı. Şagirdlərə mətndən Leylanın özündənrazı olduğunu göstərən hissəni tapıb yazmaq
tapşırılır.
İş dəftərinin 52-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı.
– “İki güzgü” əsərinin qəhrəmanına məktub yazın, münasibətinizi bildirin
(dərslik, səh. 71, 5-ci tapşırıq).
Dostları ilə paylaş: