Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 68-ci səhifəsindəki nəzəri hissə oxunur və izah olunur. 3-4-cü
tapşırıqlar yerinə yetirilir.
Nəticə: Ad bildirən sözlərin sonundakı -lar, -lər hissəciyi həmin varlıqların çox olduğunu
bildirir. Sözlərdə işlənən -lar, -lər hissəciyi cəmlik bildirir. Bu hissəcik bir sıra sözlərə qoşul -
duqda sözün son samitdən asılı olaraq fərqli tələffüz edilir.
Tətbiqetmə. Dil qaydaları. İmla mətni:
Ev tapşırığı. Siz müəlliminizi nəyə görə sevirsiniz?” mövzusunda təqdimat hazırlayın.
Cəm halda 10 söz yazın. Bu sözlərin yazılışı və tələffüzü arasındakı fərqin olub-olmadığını
müəyyənləşdirin.
Qiymətləndirmə. Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında və
təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
GÜNƏŞ VƏ BULUD (32 söz)
Bir dəfə buludlar günəşin qabağını kəsmək istədi. Səhər günəş doğdu. Elə
mehriban gülümsündü ki, bütün buludlar əriyib yox oldu. Otlar, çiçəklər, ağaclar
sevinclə günəşə boylandı. Çaylar, dənizlər, meşələr əvvəlki kimi nəğmə oxudu.
ЫЫЫ бюлмя 92
Дярслярин планлашдырылмасы
Çap üçün deyil