Cütlərlə iş. Hər cütlük “Müəllimindən nələri öyrənmisən?” – sualına cavab verir.
İş dəftərinin 50-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI Motivasiya. Dərsliyin 68-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir. Cavab “B” variantıdır.
Şəkillər verilir. Solda 1 gül, sağda 1 nar. İkinci şəkildə solda 5 gül, sağda 5 nar.
Sual: – Şəkillərdə nə çəkilib? Soldakı şəkildə: gül, nar; sağdakı şəkildə güllər, narlar şəkilləri verilib.
Köməkçi sual: – Nə üçün şəkillərdəki təsvirlər eyni varlıqlar olsa da, soldakına gül, nar, sağdakına güllər, narlar dediniz? Bu sözləri fərqləndirən hissəni tapın. Tədqiqat sualı: – Varlıqların tək, yoxsa cəm halda olduğunu necə müəyyənləşdirilir? Niyə cəmdə olan sözlərdə -lar, -lər hissəciyi fərqli tələffüz olunur?