I. Məktəbdən qayıdan Toğrul 1. Kompüterdən əl çəkməyən Toğrul 2. Acıqlı səs II. Kompüterin şikayəti 3. Toğrulun qorxması 4. Kompüterin Toğrula acıqlanması III. Ananın sevinci 5. Toğrulun anasına kompüteri göstərməyi 6. Ekranı sönmüş kompüter 7. Dərslərini oxumağa gedən Toğrul Şagirdlər mətnin məzmununu tərtib etdikləri plana görə nəql edirlər.
Tətbiqetmə. İş dəftərinin 54-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI Motivasiya. Dərsliyin 75-ci səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilir.
Müəllim: – Aşağıdakı cümlələrdə təkrar olunan sözləri tapın və yazılışına diqqət edin.
1) Anam Nərgiz xala ilə rəfiqədir. Rəfiqəmin ad gününə bir dəstə nərgiz aldım. 2) Mənim ən çox sevdiyim bayram Novruzdur. Bu gün Bayram riyaziyyatdan “5” aldı. Tədqiqat sualı: – Nə üçün eyni sözlər cümlələrdə bəzən kiçik, bəzən də böyük hərflə yazılır? Sözü nə zaman böyük hərflə yazırıq?